“İkinci Qarabağ müharibəsindən sonra 303 azərbaycanlı mina qurbanına çevrilib”.
“Qanunla.az” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin bölgədəki son vəziyyətə dair bəyanatında deyilir.
“10 noyabr 2020-ci il bəyanatının bütün hərbi fəaliyyətlərin dayandırılmasına dair müddəasına və digər beynəlxalq öhdəliklərə zidd olaraq, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin intensiv minalanması halları, Azərbaycan ərazilərinə 2021-ci il istehsalı olan minalar gətirərək basdırması, beynəlxalq ictimaiyyətin Ermənistanın məqsədli şəkildə mina təhdidinə göz yumması nəticəsində 2020-ci ilin noyabr ayından bəri iki nəfər jurnalist daxil 303 nəfər azərbaycanlı mina qurbanına çevrilib”, – bəyanatda qeyd olunur.