image-qanunla-reklam
image-1740157689-upload-ap24319733781882-pic_32ratio_900x600-900x600-4718

Müharibəyə görə Baydeni və Zelenskini günahlandırdı

image-lady-day-az

ABŞ prezidenti Donald Tramp Ukraynada müharibənin başlanmasında günahkar kimi Rusiyanı deyil, sələfi Co Bayden və Ukrayna lideri Volodimir Zelenskini göstərib.

Qanunla.az xəbər verir ki, o, bu barədə “Fox News” telekanalında bildirib.

“Bayden səhv sözlər dedi, Zelenski yanlış sözlər dedi. Onlara daha böyük və daha güclü biri hücum etdi, bu pisdir və edilməməlidir, lakin Rusiyanı bundan o qədər asanlıqla çəkindirə bilərdilər ki, müharibə olmasın”, – deyə Tramp qeyd edib.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin ABŞ-nin Ukrayna ilə bağlı obyektiv məlumat almağa başladığını bəyan etmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki