image-qanunla-reklam
image-1634787417_mescid-kompleks-abs-1

Müsəlman lider məscid kompleksi tikdirmək üçün öz evlərini satdı…-İBRƏTAMİZ-FOTOLAR

image-lady-day-az

Amerikanın İllinoys ştatında adı müsəlmanların “Amerika xəyalı”na inteqrasiyasını simvolizə edən yeni bir məscid tikilir.  Tezliklə ştatın inzibati mərkəzi olan Sprinqfild şəhərində “Amerika Mömin Parkı” (“mömin” ərəbcə  inanclı deməkdir) adlı bir İslam kompleksi peyda olacaq.

Qanunla.Az xəbər verir ki, bu haqda yerli “Springfield News-Leader” nəşri məlumat yayıb.

Artıq gələcək məscidin yerində ərazi təmizlənib və tikinti işlərinə hazırlıq işləri sürətlə gedir. 1 il – ilyarımdan sonra burada məscid, müsəlman qəbiristanlığı və mədəni-maarif infrastrukturu yaranacaq. Kompleksə ibadət və tədbir zalları və tədris otaqları daxildir. Qarşıdakı şənbə günü gələcək məscidin təməlinə ilk daş qoyulması mərasiminə yalnız müsəlmanlar deyil, yerli kilsə və sinaqoqların rəhbərləri də dəvət edilib.
Yerli müsəlman təşkilatının rəhbəri Sultan Zahirşa  layihənin ilk iki mərhələsinin 2 milyon dollara başa gələcəyini bildirib.  Müsəlman liderin özü torpaq almaq və məscidin inşasını maliyyələşdirmək üçün Los -Anceles və Sent -Luisdəki şəxsi evlərini satıb. Qalan vəsait xeyriyyə aksiyaları vasitəsilə toplanacaq…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki