image-qanunla-reklam
image-img_20211204_084925

Müstəntiq Tofiq Yaqubluya görə Ələtə getdi

image-lady-day-az

Tofiq Yaqublunun döyülməsi işi ilə bağlı Səbail Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Qanunla.Az xəbər verir ki, bu barədə Tofiq Yaqublunun qızı Nigar Həzi məlumat yayıb.

O bildirib ki, T.Yaqublu Səbail Prokurorluğunda ifadə verdikdən sonra müstəntiqin təyinatı ilə ekspertizadan keçirilib. Daha sonra isə müstəntiq Habil Abbasov T.Yaqublu və vəkili Nemət Kərimlinin iştirakı ilə şikayətçinin naməlum şəxslər tərəfindən döyüldükdən sonra sərbəst buraxıldığı Ələt qəsəbəsindəki əraziyə baxış keçirib.

Hazırda araşdırmalar davam etdirilir.

Qeyd edək ki, T.Yaqublu Bakıdakı qanunsuz aksiya zamanı naməlum şəxslər tərəfindən maşına mindirilərək aparıldığı, aparılarkən yolda fiziki təzyiqə məruz qaldığı, daha sonra isə Ələt qəsəbəsində sərbəst buraxıldığını bildirmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki