image-qanunla-reklam
image-media-ejjmogzxyaa9nef-qob10vm5c7pwyi49sk68

Müstəqil dövlətin yeni Konstitusiyası

image-lady-day-az

Müstəqil dövlətin yeni Konstitusiyası.

Müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyasının hazırlanması və qəbul edilməsi, Azərbaycan xalqı üçün mühüm tarixi əhəmiyyətə malik hadisələrdən biridir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış və 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş bu Konstitusiya, müstəqil Azərbaycanın demokratik və hüquqi dövlət kimi inkişafının hüquqi əsasını qoymuşdur.

Heydər Əliyev yeni Konstitusiyanın hazırlanmasını Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi üçün ən böyük xidmətlərdən biri kimi qiymətləndirmişdir. O, bu konstitusiyanın müasir demokratik prinsiplərə əsaslanaraq uzun müddət sabitlik və inkişaf təmin edəcək əsas qanun olmasını vurğulamışdır. Ulu Öndərin dediyi kimi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun.”Bu Konstitusiyada Azərbaycan Respublikasının demokratik, hüquqi və dünyəvi dövlət olması birmənalı şəkildə təsbit edilmişdir. Əsas Qanun ölkədə hakimiyyət bölgüsü prinsipini qəbul edərək icra, qanunvericilik və məhkəmə hakimiyyətinin xalqın iradəsinə əsaslanmasını və seçkilər yolu ilə təmin edilməsini nəzərdə tutur. Bu müddəalar Azərbaycanda hüquqi dövlət quruculuğunun və demokratik idarəetmənin əsasını təşkil edir. Ulu Öndər Heydər Əliyevin Konstitusiyanın hazırlanmasında göstərdiyi xidmətlər, Azərbaycan xalqının azad və hüquqi cəmiyyət quruculuğu yolundakı qətiyyətini nümayiş etdirmişdir. Bu Konstitusiya həmçinin Azərbaycanın dünya birliyində yerini möhkəmləndirən, insan hüquqlarını və vətəndaş azadlıqlarını təmin edən, əbədi və dəyişməz milli dəyər kimi tarixdə öz yerini almışdır.

Zərdab rayon Nizami adına Şəftəhal kənd tam orta məktəbin müəllimi Nüşabə Əhmədova .

 

 

Ölkənin konstitusiya quruluşunun tarixi.

Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. SSRİ-nin yaradılması ilə əlaqədar 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında Konstitusiyaya əlavə və dəyişikliklər qəbul olunub. 1927-ci il martın 26-da V Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-in növbəti Konstitusiyası təsdiq edilib. 1936-cı ildə SSRİ-nin yeni Konstitusiyasının qəbul edilməsi ilə əlaqədar 1937-ci il martın 14-də IX Ümumazərbaycan Sovetlər Qurultayının qərarı ilə Azərbaycan SSR-in yeni Konstitusiyası qüvvəyə minib. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edildikdən sonra Azərbaycan SSR-in yeni Konstitusiya layihəsi hazırlanıb. 1978-ci il aprelin 2-də  ümummilli lider Heydər Əliyevin təklifi ilə yeni Konstitusiyada 73-cü maddə aşağıdakı redaksiyada verilib: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. 1978-ci il aprelin 21-də Azərbaycan SSR-in sonuncu Konstitusiyası qəbul olunub. Burada Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindən biridir. Həmin Konstitusiyaya 1980-ci illərin ikinci yarısından etibarən çoxsaylı əlavə və dəyişikliklər edilib. Bunun nəticəsində ilkin redaksiyaya münasibətdə əhəmiyyətli dərəcədə dəyişikliyə uğrayan Konstitusiya 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilənədək qüvvədə olub. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya komissiyası tərəfindən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası layihəsi hazırlanmışdır. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin 86 faizi iştirak etmiş və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs vermişdir. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir. Konstitusiya qəbul edilən gün – noyabrın 12-də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər də keçirildi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu.

Zərdab rayon Həsən bəy Zərdabi  muzeyinin  əməkdaşı  Leyla Əliyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki