image-qanunla-reklam
image-qanunla-az-xeber

Müstəqillik dövrünün ən böyük nailiyyətlərindən biri Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılmasıdır

image-lady-day-az

Müstəqillik dövrünün ən böyük nailiyyətlərindən biri Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılmasıdır

Dövlət müstəqilliyinin bərpası

XX əsrin 80-ci illərin ikinci yarısında Sovet imperiyasının iqtisadi, siyasi və mənəvi həyatında böhranqabağı vəziyyət yaranmışdı. İstehsalın artım sürəti, səmərəliliyi, əməyin məhsuldarlığı durmadan aşağı düşürdü. Mövcud üsul-idarənin mənəvi dayağı olan ehkamçı kommunist ideologiyası iflasa uğramışdı. Milli respublikalarda milli özünüdərk, hüquqların tapdalanmasına, sərvətlərin talan olunmasına etiraz əlamətləri güclənməkdə idi. Sovet imperiyası mərkəzdənqaçma qüvvəsini zəiflətmək üçün ənənəvi “parçala, hökm sür” siyasətindən daha geniş istifadə edir, milli münaqişələri qızışdırır, xalqlar arasında qanlı nifaq salırdı. Kreml mühüm coğrafi-siyasi ərazi olan Azərbaycanı və bütün Cənubi Qafqazı əldə saxlamaq üçün uydurma “Dağlıq Qarabağ problemini” qızışdırdı. 1988-ci ilin əvvəlindən Xankəndində erməni əhalisi ardı-arası kəsilməyən kütləvi mitinqlər, nümayişlər keçirməyə başladı. O dövür ki, Azərbaycan rəhbərliyinin respublikanın suveren hüquqlarının tapdalanmasına qəti etiraz etmədiyini görən Azərbaycan xalqı mintinlərə başladı. Azərbaycan xalqının səbir kasası getdikcə tükənirdi. Etiraz dalğası gündən-günə böyüyürdü. Xalq hərəkatının ən yüksək dövrü 1988-ci il noyabrın 17-dən başlandı. Davam edən kütləvi xalq etirazıdan qorxuya düşən mövcud rejim Azərbaycanı itirməmək üçün 1990-cı il yanvarın 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti Azərbaycan Ali Sovetinin razılığı olmadan yanvarın 20-də saat 00-dan “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərman verdi. Xalqı qəfildən yaxalamaq, ona divan tutmaq, qırğın törətmək məqsədi ilə qoşunlardan istifadə etmək niyyəti, heç kəsə aman verilməyəcəyi elan edilmədi. Yanvarın 21-də fərdi təqaüddə olan Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək burada təşkil olunmuş izdihamlı yığıncaqda xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi.
1990-cı il 20 yanvar hadisələrində sonra xalqın Sovet hakimiyyətinə inamı qalmamışıdır. Bunu məntiqi davamı idi ki, 1991-ci il avqustun 26- dan Ulu Öndərin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırıldı, onun bütün strukturları ləğv edildi.
Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyası 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə qəbul etdi. Azərbaycan xalqının tarixində yeni dövr başlandı və Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 18 oktyabr tarixli sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edildi.

Vüsalə Kərimova – Zərdab şəhər 1 saylı məktəb-liseyn direktoru

 

Müstəqillik xalqın azadlıq arzusu hesabına əldə olunub

Sovet imperiyasını dağıtmaq üçün milli münaqişələr törətməyi mühüm vasitə hesab edən Qərb dövlətləri fəaliyyətə başladılar. 1987-ci ilin oktyabrında Yerevanda “Qarabağ komitəsi” deyilən təşkilatın ilk açıq mitinqi keçirildi. 1987-ci ilin noyabrında Parisdə Mixail Qorbaçovun müşaviri Abel Aqanbekyanın dili ilə Qarabağ hərəkatına müsbət münasibətini, qeyri-rəsmi olsa da, bütün dünyaya bildirməkdən çəkinmədi. Qarabağ erməniləri arasında Ermənistanla birləşmək uğrunda “Miasum” (birləşmə) hərəkatı genişlənirdi. 1988-ci il fevralın 19-da İrəvanda antitürk mövqeli mitinq keçirildi. Erməni vandalları fevralın 21-də Yerevanda qalmış son məscidi də dağıtdılar. Vedibasarda Azərbaycan türklərinə qarşı terror 1988-ci ilin əvvəllərində daha da genişləndirildi. DQMV-dəki erməni millətçiləri bundan ruhlanaraq daha fəal zorakılıqlar və siyasi aksiyalar təşkil etdilər.
SSRİ Ali Sovetinin Rəyasət Heyəti Azərbaycanın hüquqlarını kobud surətdə pozaraq, 1989-cu il yanvarın 12-də “Azərbaycan SSR-in DQMV-də xüsusi idarəçilik formasının tətbiqi haqqında” qərar qəbul etdi. Azərbaycana bağlayan əlaqələrin tam qırılmasına, azərbaycanlıların buradan qovulmasına, ermənilərin silahlanmasına və quldur dəstələrində birləşdirilməsinə şərait yaratdı. Azərbaycanın demokratik qüvvələrinin təkidli tələbi ilə SSRİ Ali Soveti 1989-cu il noyabrın 28-də Dağlıq Qarabağda XİK-i ləğv etdi.
Xalq Azərbaycanın üzləşdiyi ciddi problemləri həll etməyə qadir siyasətçinin ulu öndər Heydər Əliyev olduğunu görür və onun yenidən respublika rəhbərliyinə qayıtmasını arzulayırdı. Minlərlə adam mitinq və nümayişlərə, xüsusən münaqişə zonasında və ətraf rayonlarda, ulu öndərin Heydər Əliyevin portretləri ilə çıxırdılar.

Dayangül Vəliyeva – İsaqbağı kənd tam orta məktəbin direktoru

 

Müstəqillik qazanılmasında Ulu Öndər yolu

Qanlı Yanvar hadisələrindən sonra xalqın öz qüdrətli rəhbəri ilə birləşəcəyindən qorxan imperiya ulu öndər Heydər Əliyevə qarşı repressiya planları hazırladı və həyata keçirməyə çalışdı. Respublika rəhbərləri də hər vəchlə onun Azərbaycana qayıtmasına mane olurdular. Tarixin bu məsuliyyətli və çətin, lakin şərəfli dövründə xalqı ilə olmağı, ona kömək etməyi vacib bilən lu öndər Heydər Əliyev 1990-cı il iyulun 20-də Bakıya gəldi. Xalq bu gəlişi böyük ümid və ruh yüksəkliyi ilə gözləyirdi. Lakin iqtidar, ondan hakimiyyət bölgüsü gözləyən sol müxalif qüvvələr lu öndər Heydər Əliyevin Bakıda qalmasına hər cür maneə törətdilər və doğma diyarı olan Naxçıvana getməli oldu.
Ulu öndər Heydər Əliyev Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetlərinə deputat seçildi və müdrik, uzaqgörən siyasəti ilə xalqın azadlıq mübarizəsini istiqamətləndirdi. 1990-cı il noyabrın 17-də Naxçıvan parlamentinin onun sədrliyi ilə keçirilən sessiyası Muxtar Respublikanın adından “Sovet Sosialist” sözlərinin götürülməsi, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, aypara və səkkizguşəli ulduz nişanlı bayrağının dövlət bayrağı kimi qəbul edilməsi və bu barədə Azərbaycan parlamenti qarşısında qanunvericilik təşəbbüsü qaydasında məsələ qaldırılması haqqında tarixi qərarlar qəbul etdi. Ulu öndər Heydər Əliyev imperiyanın qorunub saxlamasına çalışan qüvvələrə, ilk növbədə Kommunist Partiyasına və Sovet dövlətinə açıq etirazını bildirdi, onların riyakar siyasətini ifşa etdi, 1991-ci il iyulun 19-da Kommunist Partiyasından çıxdı. 1991-ci il avqustun 26- dan Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan K ommunist Partiyasının fəaliyyəti dayandırıldı, onun bütün strukturları ləğv edildi.
Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyası 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə, 1991-ci il 18 oktyabr tarixli sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edildi və Azərbaycan xalqının tarixində yeni dövr başlandı.

Kəmalə Əliyeva- Əlibəyli kənd tam orta məktəbin direktoru

 

Tarixi hadisələrin düzgün tətbiqi

XX əsrdə Azərbaycan iki dəfə dövlət müstəqilliyini elan etmişdir. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmisi 23 ay sürmüşdür. 1991-ci ildə yenidən Xalq Cümhuriyyətinin varisi olaraq Azərbaycan müstəqilliyini elan etdi.
“Vətən Müharibəsində tarixi qələbə, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, ölkəmizin dünyada hazırkı layiqli yeri, əldə etdiyi böyük nüfuz ölkəmizin suverenliyi, dövlət müstəqilliyi və milli kimliyi ilə bağlı rəmzi hadisələrə yenidən sistemli baxışı zəruri edib. Ona görə də 18 oktyabrın Müstəqilliyin Bərpası Günü və 28 mayın Müstəqillik Günü elan edilməsi ilə bağlı Milli Məclisədə qərar qəbul edilmişdir.
1991-ci ilin 18 oktyabrında “Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul olunması əslində dövlət müstəqilliyinin bərpasıdır. Çünki 30 avqust 1991-ci il tarixində “Azərbaycan Dövlət Müstəqilliyinin Bərpası haqqında Bəyannamə” qəbul etmişdir. Yəni, Müstəqilliyin Bərpası Günü hələ 1991-ci ildə qəbul olunmuş bəyannamədir. Belə ki, 1920-ci ildə mövcud olmuş Xalq Cümhuriyyətinin varisi kimi müstəqilliyi bərpa edirik. 1918-ci il 28 Mayda Milli şura “İstiqlal Bəyannaməsi”ni qəbul edən zaman birinci bənddə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını, ikincisində isə dövlətin Cümhuriyyət formasında olması qəbul etmişdi.
Bu gün qələbə ilə başa çatan Qarabağ savaşı bizə haqq verir ki, Azərbaycan özünü 1918-1920-ci ilin hüquqi varisi elan etsin. Ona görə də 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir. Uzunmüddətli perspektivdə bu, azərbaycanlıların tarixi torpaqlarına, o cümlədən Zəngəzura dinc yolla qayıdışı perspektivi üçün əsasları daha da gücləndirəcək.

Şəhla Eminova – “Əməkdar müəllim”

 

Müstəqil Azərbaycan

Təqvimimizdəki yaddaqalan, böyük sevinclə gözlədiyimiz əlamətdar günlərdən biri də 18 oktyabr tarixidir. Bu tarix kiçikdən tutmuş böyüyə qədər hər birimizin yaddaşına böyük hərflərlə yazılıb. Bu tarixi gün bütün ölkə vətəndaşları üçün çox müqəddəs və əzizdir. Çünki həmin gün xalqımız bir əsrdə ikinci dəfə müstəqillik qazanmışdı. İndi o əlamətdar tarixdən 30 il keçir. Ötən hər gün müstəqilliyimiz daha da möhkəmlənir. Müstəqilliyimiz möhkəmləndikcə də ölkəmizin, dövlətimizin beynəlxalq aləmdə nüfuzu durmadan artır.
Həmişə istənilən bir işin əvvəlində çətinlikləri, maneələri dəf etməli oluruq. Müstəqilliyimizin ilk illərində də Azərbaycanın siyasi və iqtisadi quruculuğunda müəyyən çətinliklər meydana çıxmışdı. O vaxtlar ölkəyə rəhbərlik edənlərin kifayət qədər idarəetmə qabiliyyəti olmadığından, onlar müstəqilliyimizin möhkəmlənməsi üçün yetərli işlər görə bilmirdilər. Müstəqilliyimiz təhlükə altında idi. Ölkədə baş verən xaos vətəndaş müharibəsinə gətirib çıxarmışdı. Çox çətin bir vəziyyət yaranmışdı. Belə bir vaxtda müstəqilliyimizin möhkəmləndirilməsi, ölkənin inkişaf etdirilməsi üçün xalq ümummilli liderimiz Heydər Əliyevə üz tutub hakimiyyətə dəvət etdi. Ulu Öndər ölkəni xaosdan xilas etmək, müstəqilliyimizi daha da möhkəmləndirmək üçün 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdı. Ümummilli liderimiz Heydər Əliyev çox qısa bir zamanda müstəqilliyimizi daha da möhkəmləndirdi, onu əbədi və dönməz etdi. Ulu Öndər zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, doğma Vətənə tükənməz sevgisi ilə Azərbaycanı daha da inkişaf etdirərək, zirvələrə ucaltdı.
Ümummilli lider Heydər Əliyevin zəngin irsi müasir cəmiyyətimizin, müstəqilliyimizin ən inamlı ideya mənbəyidir. Müdrik rəhbərin böyük əziyyətlər bahasına qurub-yaratdığı müstəqil Azərbaycan bu gün Ulu Öndərin siyasi irsinin layiqli davamçısı möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında daha da inkişaf etdirilir. Sabahlara doğru inamlı addımlar atılır. Bu gün ölkəmizin üçrəngli bayrağı dünyanın ən nüfuzlu ölkələrinin bayraqları ilə bir sırada dalğalanır. Müstəqilliyi gündən-günə möhkəmlənən Qalib Azərbaycanın vətəndaşı olmaqdan hamımız qürur duyuruq. Fəxr edirik ki, belə güclü və qüdrətli dövlətimiz var.

Nailə Əliyeva-Zərdab Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

Azərbaycanın dövlət müstəqilliyinin əsaslarının yaradılması

Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqının xoşbəxt yaşamasına, Azərbaycanın müstəqilliyinin əbədiliyini təmin etməyə həsr etmiş Ümummilli Lider Heydər Əliyev daim xalqına arxalanaraq və zəngin dövlətçilik təcrübəsinə, yüksək idarəetmə bacarığına söykənərək çox qətiyyətli, müdrik qərarlar qəbul etmiş, Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmiş, ölkəmizin və xalqımızın milli inkişafını təmin etmişdir. O, hələ Sovet İttifaqı dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizin müstəqilliyinin sütunlarını yaratmağa başlamış, bütün fəaliyyətini bu istiqamətə yönəltmiş, müasir Azərbaycanın bugünkü reallıqlarını və etibarlı əsaslarını qura bilmişdir.
1969-82-ci illərdə Ulu Öndərin respublikamızın sosial-iqtisadi, mədəni yüksəlişi üçün gördüyü işlər, milli ruhun və milli özünüdərkin inkişafı, xalqımızın tarixi yaddaşının özünə qaytarılması və milli şüurun oyanışı, azərbaycançılıq məfkurəsinin ideoloji sütuna çevrilməsi kimi fundamental məsələlərin çox dəqiqliklə və cəsarətlə həllini tapması, milli ziyalı təbəqəsinin formalaşdırılması istiqamətində atdığı addımlar Azərbaycanın gələcəkdə müstəqil xəttə malik, heç bir dövlətdən asılı olmayan respublika kimi mövcudluğuna zəmin hazırlayan düşünülmüş tədbirlər olmuşdur. Həyata keçirilən genişmiqyaslı proqramlar müasir iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına yönəldilərək gələcək müstəqilliyimizin təmin olunmasına əsas yaratmışdır. Bu dövrdə keçmiş ittifaq miqyasında tanınmış ali məktəblərə göndərilən azərbaycanlı gənclər sonradan müstəqillik illərində ölkəmizin yenidən qurulmasında fəal iştirak etmiş, həmçinin Ulu Öndərin şəxsi təşəbbüsü ilə respublikamızda formalaşdırılmış hərbi kadr potensialı müstəqil Azərbaycan Ordusunun yaranmasında da mühüm rol oynamışdır. Milli mədəniyyət, milli tarix, milli-mənəviyyat məsələlərində müstəqillik elementləri qabarıq şəkildə ortaya qoyulmuşdur.
1982-ci ilin dekabrında Siyasi Büronun üzvü seçilərək SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə təyin edilən Ulu Öndər Heydər Əliyev bu vəzifədə də daim xalqımızın mənafelərini qorumuş, Azərbaycana qarşı erməni millətçiliyinin və onların dəstəkçilərinin təxribatlarının qarşısını qətiyyətlə almışdır. Bu isə həm də o deməkdir ki, Heydər Əliyev harada çalışmasından asılı olmayaraq, həmişə xalqına, Vətəninə sədaqətlə xidmət etmiş, doğma Azərbaycanı ilə əlaqələrini kəsməmiş, respublikanın inkişafı üçün əlindən gələni əsirgəməmişdir.

Səbuhi Kərimov-YAP Zərdab rayon təşkilatının aparat rəhbəri

 

Müstəqillik uğrunda atılan növbəti addımlar

Ötən əsrin 80-ci illərinin sonlarında dünyada tamamilə fərqli bir mənzərə formalaşmışdı. Yeni geosiyasi düzənə transformasiya sürətlənmiş, yeni qlobal dəyərlər sistemi meydana çıxmağa başlamışdır. Bu proseslər fonunda keçmiş ittifaq daxilində də xalqların müstəqillik arzuları baş qaldırmışdır. Doğrudur, ittifaqın süquta uğraması və müstəqil dövlətlərin həyata vəsiqə qazanması heç də asan yolla başa gəlməmişdir. Azərbaycan xalqı üçün də öz müstəqil dövlətini qurmaq, azadlıq ideallarına qovuşmaq çox gərgin, faciəli hadisələrin nəticəsində mümkün olmuşdur. 1990-cı ilin 20 Yanvar hadisələrini proseslərin dönüm nöqtəsi hesab etmək olar. Həmin dövrdə də yenə məhz Ulu Öndər Heydər Əliyev xalqının yanında olmuş, 20 Yanvar faciəsinin ertəsi günü Kreml rejiminin təqiblərinə baxmayaraq, öz ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək bəyanat vermiş, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmiş, daha sonra SSRİ rəhbərliyinin apardığı siyasət nəticəsində Dağlıq Qarabağda yaranan kəskin münaqişə vəziyyətinə etiraz əlaməti olaraq, Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.
Ulu Öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi fəaliyyəti də Azərbaycanın dövlət müstəqilliyinə doğru irəliləməsində bayraqdar rolu oynamışdır. Həmin dövrdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişdirilərək, “Sovet Sosialist” sözləri oradan çıxarılmış, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvanın dövlət bayrağı kimi elan edilmişdir. Həmçinin Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırılmışdır ki, Azərbaycanda da eyni qərar qəbul olunsun. Bundan başqa, 1991-ci ilin əvvəllərində Sovet İttifaqının saxlanılmasına dair Azərbaycanda referendum keçiriləndə muxtar respublikada məhz Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə referendum keçirilməmişdir.
Bunlar Azərbaycan xalqının lideri tərəfindən müstəqillik uğrunda atılan növbəti addımlar kimi qiymətləndirilir.
Çox təəssüf ki, müstəqilliyimizin ilk illərində Azərbaycanda mövcud olan hakimiyyət boşluğu, dövlət idarəçilik sükanını mənimsəyən və müəyyən dairələrin direktivləri ilə hərəkət edən qrupların, siyasi hakimiyyəti qeyri-qanuni, antidemokratik yolla ələ keçirən qüvvələrin yarıtmaz fəaliyyəti yenicə əldə olunmuş müstəqilliyi itirmək, Azərbaycan xalqının azadlıq ideallarından, müstəqillik kimi tarixi nailiyyətdən məhrum olmaq təhlükəsi yaratmışdı. 1991-ci ilin 18 oktyabr tarixində Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunsa da, bu müstəqilliyi qoruyub saxlamaq üçün dövlətçiliyin əsasları yaradılmamış, cəmiyyətdə milli həmrəylik, milli birlik təmin olunmamışdır. Azərbaycanda hökm sürən hərc-mərclik, cinayətkarlığın artması respublikamızın həyatının bütün sahələrinə böyük zərbələr vurmuş, ölkədə ictimai-siyasi vəziyyətin gərginləşməsinə gətirib çıxarmışdır. İqtisadiyyat tamamilə məhv edilmiş, ciddi maliyyə böhranı meydana çıxmış, xarici siyasət sahəsində qeyri-sağlam vəziyyət yaranmışdır. Buna paralel olaraq, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti getdikcə genişlənmiş, 1993-cü ilin may-iyun aylarında ölkəmizdə siyasi böhran son həddə çatmış, vətəndaş müharibəsi təhlükəsi yaranmışdı.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

 

Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, sabitliyin bərqərar olması

Belə bir şəraitdə Azərbaycan xalqının diqqəti yenidən xalqımızın böyük oğlu Heydər Əliyevə yönəlmişdir. Bu dəfə də xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər xalqın tələb və təkidlərinə cavab verərək ölkəmizdə növbəti dəfə hakimiyyətə gələrək, Azərbaycanın dövlətçiliyini, ölkəmizin müstəqilliyini xilas etmiş, yüksəliş, inkişaf və sabitlik erasının əsasını qoymuşdur. Bu isə Azərbaycanın müstəqillik tarixində yeni bir mərhələnin başlanğıcı demək idi.
1993-cü il iyun ayının 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinə Sədr seçilməsi parlamentarizm tariximizdə müstəsna əhəmiyyətə malikdir. Bu dövr Azərbaycan parlamentarizm tarixinin ən parlaq səhifələrini təşkil edir. Xalqımızın böyük oğlunun rəhbərliyi ilə parlament ali qanunverici orqan kimi ölkəmizin problemlərinin həlli ilə bağlı demokratik müzakirələrin keçirildiyi və siyasi mədəniyyətin hökm sürdüyü bir tribunaya çevrilmişdir. Parlamentin ictimai nüfuzu yüksəlmiş və effektiv qanunvericilik fəaliyyəti həyata keçirilmiş, mühüm qanunlar qəbul olunmuşdur. Bu qısa dövrdə ölkə həyatının ən müxtəlif sahələrini əhatə edən, iqtisadiyyatın yenidən dirçəldilməsi və vətəndaşların sosial mənafelərinin qorunmasına yönəlmiş, həmçinin beynəlxalq fəaliyyət sahəsində prioritetlərin əks olunduğu 120-dən artıq qanun və qərar qəbul olunmuşdur. Azərbaycan parlamentinə rəhbərlik etdiyi dövrdə Ulu Öndər ictimai sabitliyin bərpası, siyasi sistemin inkişafı, Azərbaycanın beynəlxalq təcridinin aradan qaldırılması istiqamətində yorulmadan fəaliyyət göstərmiş, mədəniyyətin, elmin, təhsilin inkişafına, gənc nəslin fəallığının artırılmasına böyük diqqət göstərmişdir. Beləliklə, çox qısa müddətdə Azərbaycan parlamenti Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkənin taleyüklü məsələlərinin həllində vacib rola malik olmuş, ölkəmizin müstəqil inkişafına öz dəyərli töhfələrini vermişdir.
1993-cü il oktyabr ayının 3-də keçirilən seçkilərdə Azərbaycan Prezidenti seçilən Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə qısa müddətdə ictimai nizam-intizam, siyasi sabitlik təmin edilmiş, milli təhlükəsizliyin sarsılmaz əsasları yaradılmış, qanunsuz silahlı birləşmələr tərk-silah edilmiş, nizami, güclü ordu quruculuğuna başlanmışdır. Hüquqi dünyəvi dövlət quruculuğu prosesinə start verilmiş, müstəqil Azərbaycanın Konstitusiyası qəbul olunmış, ölkəmizdə çox ciddi siyasi islahatlar aparılmağa başlanmışdır. Ulu Öndər Heydər Əliyev ölkəmizin müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdışı və elmin, təhsilin, mədəniyyətin inkişafını təmin etmişdir. Yeni neft strategiyasının hazırlanması, bunun əsası olan “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın qlobal enerji bazarında və beynəlxalq münasibətlərdə aktiv iştirakının təmin olunması, yeni və praqmatik xarici siyasət strategiyasının müəyyənləşdirilməsi və uğurla həyata keçirilməsi həmin dövrdə ölkəmizin qarşısında tamamilə yeni inkişaf paradiqmalarının meydana gəlməsini şərtləndirmişdir. Azərbaycan Ulu Öndər Heydər Əliyevin müstəsna liderlik qabiliyyəti və yüksək idarəetmə məharəti sayəsində 1993-2003-cü illərdə öz inkişaf və sabitlik dövrünü yaşamış, müstəqilliyini möhkəmləndirmişdir.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

Azərbaycanın dövlət müstəqilliyi əbədidir

18 oktyabr Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunduğu gündür. Müstəqillik xalqımızın böyük – tarixi nailiyyəti və milli sərvətidir. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün  suveren  dövlətini yaratmaq imkanı qazandı. Tarix dəfələrlə  sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Təəssüf ki, 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. 1991-ci il oktyabrın 18-də  Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi və xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Azərbaycanın dövlət müstəqilliyinin  bərpa olunması nə qədər ağır şərtlər altında həyata keçmişdisə, beynəlxalq aləmdə tanınması isə ondan daha ağır və çətin vəzifə idi. Bir əsrdə iki dəfə müstəqillik əldə edən Azərbaycan, bu uğurunu qısa müddətdə dünya dövlətlərinə tanıtdıra bildi. Müstəqilliyi elan etmiş Azərbaycan Respublikasının müstəqilliyini  dünya  dövlətləri  tanıdı. Bu gün dünya birliyinin bərabər hüquqlu üzvü olan müstəqil Azərbaycanımız istiqlal tarixinin şanlı səhifələrini yazır.
İlham Əliyevin uzaqgörən siyasəti sahəsində bu gün Azərbaycan regionda, dünyada söz sahibi olan dövlətə çevrilib. Məhz bu siyasətin nəticəsidir ki, 30 ildir işğal altında olan torpaqlarımız artıq bir ildir ki, mənfur düşməndən azad edilib, 30 illik arzularımız, xəyallarımız gerçəyə çevrilib. Ali Baş Komandanın, Azərbaycan Ordusunun və xalqımızın 44 günlük haqq savaşı Azərbaycan tarixinə qızıl həriflərlə yazıldı.
Bu gün böyük iftixar hissi ilə deyə bilərik ki, biz artıq öz taleyimizin, öz ölkəmizin sahibiyik və Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir və müstəqil Azərbaycan dövləti, xalqımız möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə daha xoşbəxt gələcəyə doğru inamla gedir.

Vəfa Bayramova-Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru

 

Müstəqillik xalqın azadlıq arzusu hesabına əldə edilib

Hər bir millətin, hər bir xalqın tarixində, taleyində, formalaşmasında müstəqillik məhfumunun böyük rolu olmuşdur. Zaman-zaman öz azadlığını, müstəqilliyini əldə etmək üçün illərlə mübarizə aparılmış, bu yolda saysız-hesabsız qurbanlar verilmişdir.
Azərbaycan xalqı da tarixin müxtəlif mərhələlərində qarşılaşdığı çətinliklərə, məhrumiyyətlərə baxmayaraq tarixi şərait və imkan yetişən kimi öz müstəqillik ideyalarını gerçəyə çevirməyi bacarmışdır. Bir əsrdə iki dəfə müstəqillik qazanıb, öz dövlətçiliyini yaratmaqla ən böyük nailiyyətlərə imza atmışdır.
Müstəqilliyi qazanmaqla yanaşı onu qoruyub inkişaf etdirmək də böyük hünər və səriştə tələb edir. Bu yolda tarixi şəxsiyyətlərin rolu və əməyi danılmazdır. Bu gün müstəqil kimliyi və öz dövlətçiliyi ilə seçilən xalqların taleyini məhz belə tarixi şəxsiyyətlərlər müəyyənləşdirir.
Azərbaycan xalqının həyatında da belə möhtəşəm əməllərə imza atmış dahi şəxsiyyət məhz Ulu Öndər Heydər Əliyev olmuşdur. Onun müdrik siyasəti, dönməz əqidəsi, tarixi uzaqgörən siyasəti sayəsində xalqımız azadlıq və müstəqillik ideyalarını gerçəkləşdirməyə nail olmuşdur. Ulu öndərin müəllifi olduğu dövlət konsepsiyası, strateji kurs sonrakı dövrlərdə ölkəmizin müstəqilliyinin möhkəmlənməsinə, inkişafına xidmət etmiş, gələcəyinə işıq tutmuşdur.
Böyük inamla, eyni qətiyyətlə bu gün bu siyasi ideyaları davam etdirən cənab prezident İlham Əliyevin dövlət başçısı kimi nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, milli maraqlara söykənən daxili və xarici siyasət xalqın sonsuz inam və etibarını qazanmışdır.
Məhz bu inam, etibar, xalq-rəhbər birliyinin vəhdəti nəticəsində ən böyük ağrımız olan Dağlıq Qarabağ münaqişəsi həll olundu, 30 il davam edən mübarizə böyük zəfərlə başa çatdı.
Beləliklə, müstəqilliyin 29–cu ilində Azərbaycan xalqı öz Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə yeni tarixini yazdı. Sərkərdənin qətiyyəti, ordunun rəşadəti sayəsində doğma torpaqlarımızın düşmən tapdağından azad edilməsi həm də xalqımızın özünə inamını qaytardı.
Bu gün işğaldan azad olunmuş torpaqlarımızda üçrəngli Azərbaycan bayrağının qürurla dalğalanması müstəqillik gününə ən böyük hədiyyədir.Yaşasın azad, müstəqil, qalib Azərbaycan!

Mayisə Xəlilova – Dəkkəoba kənd tam orta məktəbin direktor müavini

 

Dövlət müstəqilliyinin dünyada tanınması

1991-ci ildə Sovet İttifaqının dağılması üçün yaranan mühit Azərbaycan xalqının tarixi ənənələrə əsaslanan müstəqillik ümidləri, bu müstəqillik uğrunda mübarizəsi geniş vüsət aldı. “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il avqustun 30-da qəbul etdiyi Bəyannamə bu mübarizənin yekunu oldu. Həmin bəyannaməyə müvafiq olaraq Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitutsiya Aktını qəbul etdi.
30 avqust tarixli bəyannamədə qeyd olunur ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində, digər beynəlxalq hüquq aktlarında və konvensiyalarında təsbit edilmiş prinsiplərə müvafiq surətdə beynəlxalq birliyin üzvü olan dövlətlər və Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmasına ümid bəsləyərək Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunduğunu elan edir.
Ali Sovet öz dövlət müstəqilliyini elan etmiş respublikaları müstəqil Azərbaycan Respublikasını tanımağa və onunla hərtərəfli əlaqələr yaratmağa çağırır. Müstəqil Azərbaycan Respublikası indiyədək SSRİ-nin tərkibində olan bütün respublikalarla bir-birinin suverenliyini tanımaq, qarşılıqlı hörmət və bir-birinin işlərinə qarışmamaq şərti ilə iqtisadi əlaqələri bərpa etmək və özünün bütün öhdəliklərini ardıcıl surətdə yerinə yetirmək əzmində olduğunu və bu istiqamətdə danışıqlar aparmağa hazır olduğunu bildirir.
Bugün Azərbaycanın müxtəlif sahələrdə dünyada tanınması, öz sözünü deməsi məhz cənab Prezident İlham Əliyevin möhkəm iradəsi, qətiyyəti hesabına baş vermişdir.
Biz gənclər də möhtərəm Prezidentimizin ətrafında sıx birləşərək öz uğurlarımızla vətənə, dövlətə xeyirli övlad olmalı, ölkəmizin davamlı inkişafı üçün əlimizdən gələni əsirgəməməliyik.

Vəfa Xəlilli-“Gəncliyə Dəstək” İB-nin sədri

 

Müstəqilliyin dəyəri

18 oktyabr Azərbaycan öz müstəqilliyinin bərpasının 30 ilini qeyd edəcək. Belə ki, 30 il əvvəl, 18 oktyabr 1991-ci ildə parlamentdə Azərbaycanın müstəqilliyi haqda Konstitusiya Aktı qəbul olunub. Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət Türkiyə, daha sonra Rumıniya və Pakistan olub.
Azərbaycan ilk dəfə 1918-ci ildə müstəqil dövlət elan olunsa da, tarixi hadisələr ucbatından müstəqillik cəmi 23 ay çəkib. Lakin indi dövlətimiz 30 ildir ki, müstəqil olaraq yaşayır. Təbii ki, müstəqilliyin ilk dövrləri xalqımız üçün çox çətin və ağrılı keçib. Həmin tarix torpaqlarımızın işğalı, ölkədə siyasi hərc-mərclik, təlatümlü hadisələrlə yaddaşa yazılıb. Lakin sonrakı illərdə xalqımız uğurlu liderləri sayəsində ayaqda qalıb, dünya səviyyəsində böyük tarixi nailiyyətlərə imza atıb.
Çox sevindirici haldır ki, ölkəmiz hazırda dövlətçiliyin müasir mərhələsindədir və müstəqilliyin 30-cu ildönümünə Qarabağda zəfər çalmış dövlət kimi daxil olur. Hansı ki, son 200 ildə ərazilərimiz hər zaman işğal olunub, işğaldan azad olunma yalnız 30 illik müstəqillik dövründə baş verdi. Bu qələbəni, sevinci bizə məhz bir şəxsiyyət yaşada bilərdi. Şükürlər olsun ki, ordumuz qüdrəti, xalqın birliyi və Ali Baş Komandan cənab İlham Əliyevin dəmir iradəsi və qətiyyəti sayəsində müstəqil Azərbaycanımızın ərazi bütövlüyü təmin olundu. Bu elə bir tarixdir ki, onu arxa planda tutmaq olmaz. Bu tarix Azərbaycanın hər bir vətəndaşının qürur mənbəyidir.
Heydər Əliyev və İlham Əliyevin müxtəlif dövrlərdə ölkəmiz üçün gördüyü işlər və nəhayət, son olaraq Qarabağda qələbəmizin təmin olunması müstəqilliyimizin demək olar ki, ən böyük uğurlarından biridir.
Bilirik ki, ərazilərimizin azad edilməsi güclü siyasət və şəhidlərimizin qanı hesabına başa gəlib. Bu gün Azərbaycan işğaldan azad olunan əraziləri təkcə bərpa etmir, orada məskunlaşmır, həm də cəmiyyətə öyrədir ki, torpağın hər qarışı nə deməkdir. Xalqa bir daha bunu çatdırır ki, torpağın bir qarışının dəyəri nədir.
Heydər Əliyevin müstəqillik tariximizdəki yeri və rolu mübaliğəsiz reallıqdır. Bəli, Heydər Əliyev məhz dayanıqlı, qüdrətli, müstəqil Azərbaycan dövlətinin banisidir. Böyük strateqin hələ sağlığında söylədiyi “Azərbaycanın müstəqilliyi daimidir, sarsılmazdır, dönməzdir” fikri onun çağdaş tariximizdə layiqli yerini müəyyən edir.

Nicat Əhmədzadə – Zərdab rayon Heydər Əliyev Mərkəzinin fond mühafizi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki