2025-ci ildə Tərtər şəhərin şəhidlərin adını daşıyan 9 küçəsinin əsaslı təmiri, digər 3 küçəsində isə səkilərin salınması işləri nəzərdə tutulub.
Qanunla.Az xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hazırda 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuş şəhid Elnur İbrahimovun adını daşıyan küçədə aparılan əsaslı təmir işləri ilə yerində tanış olub, aidiyyəti şəxslərə öz tövsiyyə və tapşırıqlarını verib.
Qeyd edək ki, təmir aparılan küçədə istinad divarları hörülüb hündürləşdirilir, qəzalı vəziyyətdə olan divarlar sökülüb yenisi ilə əvəz olunur, divarlar aqlay və bəzək daşları ilə üzlənir.
Kommunikasiya, işıq, telefon xəttləri səliqəyə salınır, ağaclar budanır, təmizlik işləri aparılır.
Rayon rəhbəri təmir işləri aparılan küçədə sakinlərlə görüşərək, onları narahat edən məsələləri yerində dinləyib, sakinləri əmin edib ki, şəhərdə abadlıq-quruculuq işlərinin uğurla davam etdirilməsi üçün bütün lazımi imkanlardan istifadə ediləcək.
Küçənin sakinləri görülən işlərdən razılıq edib, aparılan əsaslı təmir işlərinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.