image-qanunla-reklam
image-1624860008_baku-electronics-1

Müştəri “Baku Electronics”i baykota çağırdı

image-lady-day-az

“”Baku Electronics” kimi məsuliyyətsiz şəbəkədən nəsə əldə etmək istəsəniz, bu dediklərimi nəzərə alın, çünki sizə bunları mağazada deməyəcəklər və nəticədə özünüzü aldadılmış hiss etməyiniz bir yana, 2-3 gün bu şəbəkənin qeyri-peşəkar əməkdaşlarının əlində qalacaqsınız”.

Moderator.az xəbər verir ki, bunu feysbukda “Müştərinin səsi” qrupunda Könül Kamilli adlı sosial şəbəkə istifadəçisi bildirib.

O, mağazalar şəbəkəsini baykot etməsinin səbəblərini də açıqlayıb:

“Mağazada sizə deyəcəklər ki, çatdırılma və quraşdırılma daxildi, 2 iş günü içində gətirib quraşdıracaqlar. Bu onların dilində nə deməkdir sizə açıqlayım. Mağazada deyirlər 1-ci gün olacaq çatdırılma, amma bazar günü zəng edib deyirlər ki, bu gün olacaq, bəs, malınız ambardan götürülüb maşındadı. Adam qalır pis vəziyyətdə ki, sabaha saxlasam, aldığım məhsul bir gün maşında Bakını gəzəcək bu istidə. Nə isə, deyirsən yaxşı, gətir, saat neçə üçün olacaq çatdırılma? Deyirlər, bilmirik sürücü zəng edəcək sizə. A bala, camaatın bir dənə bazarı var və 1000 dənə dərdi. Mən indi oturum gözləyim ki, sürücünün könlü nə istəyir? Zəng edirsən məlumat mərkəzinə ki, heç olmasa əlaqələndirin bu sehirli sürücü ilə, görək başımıza nə gəlir, deyirlər bu mümkün deyil, gözləyin özü çatmağa yarım saat qalmış xəbər edəcək. Salamatçılıqdır? Yəni biz bütün günü evdən addım atmayaq oturub gözləyək. Hələ bu harasıdır. Üstündən bir müddət keçir, sürücü zəng edir ünvanı soruşur, və deyir bilmirəm haçan gələcəm, zəng edəcəm çatanda. Deyəndə ki, bu nə işdir, bir vaxt deyin, deyir istəmirsən heç gətirməyim, bu cür mədəniyyətsiz şəkildə adama minnət edirlər.
2. Əgər quraşdırılmaya ehtiyacı olan avadanlıq alırsınızsa, ustanın gəlməsi üçün möcüzə baş verməlidir, və ya özünüz ayrı bir qaynar xəttə zəng etməlisiniz, sifariş verməlisiniz. Niyə? Əgər bu avadanlığın quraşdırılmasını ödəmişəmsə, niyə usta dalıyca qaçmalıyam? Və ən əsası, bu proses haqqında satıçı məhsul alarkən heç bir məlumat vermir adama. Özün düşünüb, öncəki situasiyanın absurdluğunu analiz edib, şübhələnib zəng edirsən ki, bəs usta neçə olacaq axı demisiniz 1 və ya 2 gün gələcək.
3. Adamı bu məntiqsiz və məsuliyyətsiz iş prosesi ilə həlak edəndən sonra bir də zəng edib soruşurlar ki, çatdırılma xidmətiməndən razı qaldınızmi. Mədəni şəkildə narazıçılıq bildirməyi başlayan kimi adamı yola verib sağollaşırlar.
Sadəcə sözüm yoxdur, bu cür yanaşmanı heç Sədərək bazarında görmərsən, ordaki satıcılar gəlib bu boyda şəbəkənin işçilərinə mədəniyyət və müştəri yönümlülük dərsi verər. Tövsiyə edirəm ki, əsəblərinizi və pulunuzu bu cür qeyri peşəkar brendə sərf etməyin, uğurlar!


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki