image-qanunla-reklam
image-0c7fc845-2a3b-3296-a3db-d053f9416b06_850-780x470

Müşviq Hüseynov jurnalistin ev tikilməsinə mane olub?-İDDİA

image-lady-day-az

Ağstafa rayonu Vurğun qəsəbəsində 6sot alqı-satqı qaydasında torpaq almışam. Alan gündən də problem yaradılıb.
Aldığım torpağın yol xətti arasında ara məsafə 12metrdi. Torpaq sahəsində əyrilik olduğundan mən Ağstafa rayon İcra hakimiyyətinə müraciət etmişəm.

Aldığım torpağımın kordinatları dəqiq olması üçün Daşınmaz Əmlaka da müraciət etmişəm.Ağstafa rayon İcra hakimiyyətinin və daşınmaz əmlakın nümayəndələrinin iştirakı ilə mənim torpağımın sərhədləri işarələndi. Elə mən də həmin yerdən hasar bünövrəsini başladım. Vurğun qəsəbə nümayəndəliyindən zəng olundu ki tikinti dayandırılsın. Səbəbini soruşduqda dedi ki, rayon İcra hakimiyyətinin müavini Müşviq Hüseynovun göstərişdir. Bildirildi ki, qəbuluna gəlin məsələni soruşduqda dedi ki, guya qonşular şikayət edib yol xəttinə girilib . Məndə daşınmaz əmlakın qoyduğu nöqtədən kənara çıxmadığımı bildirdim mənə sənəd göstər dedi sübut üçün təkrar geri qəbuluna gələndə tikintini niyə dayandırdız əvvəl məndən sənəd tələb edərdiz sonra dedikdə yaxşı eləmişəm deyə, məmur etikasına yaraşmayan hərəkət edərək daşınmaz əmlakın sənədini üzərimə atdı və “Get kimə şikayət edirsən et” deyərək səsinin tonunu yuxarı qaldırdı.

Bu yeni gələn İcra başçısının müavinini gözü çıxmış qardaşdan görəsən? çıxartmadı.
Qeyd edim ki, məndən şikayət edən qonşu bu yeni təyin olunan müavin Müşviq Hüseynovun qohumlarındandır və qardaşı ilə yaxın dostdurlar.
Odur ki Ağstafa rayon İcra başçısının göstərişinə belə məhəl qoymadan şəxsi mövqe nümayiş elətdirir. Bir necə dəfə Seymur Orucovun qəbulunda olmuşam başçı mənim tək ailə başçısı olduğumu nəzərə alaraq köməklik göstərilməsini tapşırıb. Lakin başçı müavini şəxsi münasibətlər zəminində vəzifəsindən sui istifadə edərək şəxsi mövqe nümayiş etdirir.
Qeyd etmək istərdim ki, o kənddə sakinlərin əksəriyyəti yol xəttinin 5metrəyə qədər ərazisin zəbt edib özlərinin torpaq sahəsini genişləndirmişdir.
Belə olan halda 70sm yol xəttinə çıxdığımı bəhanə edən bu müavinin sözü gedən kəndə olub və yola çıxan qanunsuz tikililəri indiki kimi vəzifəsindən istifadə edərək səaliyyətli şəxs kimi bir qanuna əsasən tədbirlər görmür?

Əminəm ki, ölkə rəhbərinin səlahiyyətli şəxsi kimi Ağstafa rayon İcra Başçısı vəzifəsinə təyin edilən Seymur Orucov müavini Müşviq Hüseynovun bu şəxsi maraqlarına əsasən etdiyi özündən kəşf qanunlarına qarşı çıxaraq rayonun rəhbər şəxsi kimi öz haqqlı mövqeyin nümayiş etdirərək, xüsusi göstəriş və tələblərin qoyacaq.

Jurnalist peşə fəaliyyətinə və etikasına uyğun olaraq yazıda adı çəkilən şəxsin haqqlı şəkildə arqumentləri olsa dərc etməyə hazırıq!

Aygün Əyyubova

Rezonans.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki