image-qanunla-reklam
image-oijuqc1ejoxlhfbyp9vm

Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanması faktı həm Rusiya, həm də Azərbaycan tərəfindən ən mühüm siyasi addımdır

image-lady-day-az

Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanması faktı həm Rusiya, həm də Azərbaycan tərəfindən ən mühüm siyasi addımdır.

ATƏT-in yüksək səviyyədə qəbul olunmuş sənədlərində “hər bir dövlət öz təhlükəsizliyini təmin etmək üsullarını o cümlədən təkmilləşdikcə müttəfiqlik müqavilələrini sərbəst şəkildə seçmək və dəyişmək hüququna malikdir” müddəası açıq şəkildə vurğulanıb. Lakin, o sənədin elə həmin bəndində “bir dövlətin digər dövlətin təhlükəsizliyi hesabına öz təhlükəsizliyini möhkəmləndirməyəcəyi” də xüsusi qeyd olunub. 1993-cü ildə qəbul edilmiş bu qətnamələr Azərbaycanın Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunması faciəsini real olaraq əks etdirən ilk qətnamələr olmuşdur. Həmin qətnamələrdə işğal faktı da, qoşunların dərhal çıxarılması tələbləri də, qaçqınların öz əzəli torpaqlarına qayıtması da, bir sözlə, ədalətin bərpa olunması üçün dünyanın edə biləcəyi hər şey var idi. Məhz bu sənədləri tarixin arxivinə göndərmək istəyirdilər. Lakin Prezident cənab İlham Əliyevin uğurlu siyasəti 44 gündə nəinki döyüş meydanında, hətta diplomatik savaşda qələbə qazanmağı mümkün etmişdir.

Türkiyə ilə qardaşlıq və Rusiya ilə strateji tərəfdaşlıq münasibətləri məhz Azərbaycanda hər üç dövlətin bayrağının eyni vaxtda dalğalanmasına imkan vermişdir. Bu mənzərəni biz Vətən müharibəsində qələbədən sonra görmüşük. Bakı Rusiya və Türkiyə hərbçilərinin sülhməramlı missiyanı birlikdə yerinə yetirdikləri Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərmək imkanını təmin etmişdir. Bu gün Bakı Azərbaycan ilə Rusiya arasında münasibətlərin yeni səviyyəsi haqqında Moskva sənədini imzalayarkən o, müstəqilliyini, təhlükəsizliyini gücləndirmişdir. Bəyannamədə qeyd olunduğu kimi, Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar. Azərbaycan Türkiyə ilə müttəfiqlik münasibətləri səviyyəsində müqavilə – Şuşa Bəyannaməsi, daha sonra Rusiya ilə Moskva müqaviləsi imzalamaqla faktiki olaraq üç dövlət – Azərbaycan, Rusiya və Türkiyə arasında yeni müttəfiqlik münasibətlərinin mərkəzinə çevrilmişdir. Azərbaycana məxsus olduğu, bərabərhüquqlu, müstəqil, suveren, eyni zamanda bir-biri ilə bu cür ciddi müqavilələrlə bağlanan üç ölkənin birliyi həqiqətən də Prezident cənab İlham Əliyevin ölkəmizin milli maraqları naminə atdığı parlaq addımdır.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki