image-qanunla-reklam
image-470229913_1048796880385663_3272879079223935381_n

Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanması faktı həm Rusiya, həm də Azərbaycan tərəfindən ən mühüm siyasi addımdır

image-lady-day-az

Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanması faktı həm Rusiya, həm də Azərbaycan tərəfindən ən mühüm siyasi addımdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibə verib.
Dövlətimizin başçısı öz müsahibəsində bildirib ki, 2022-ci il fevralın 22-də Azərbaycanla Rusiya arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə imzalanıb. Regionumuzda və bütövlükdə dünyada vəziyyət əhəmiyyətli dərəcədə dəyişib, lakin bu, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın xarakterinə və formasına təsir etməyib.

Müsahibə zamanı  bir çox  məsələlər müzakirə olunmuş, dövlət başçısı verilən  suallara özünəməxsus savad və təcrübə əsasında dolğun cavablandırmışdır. Həmin müsahibədə Prezident cənab İlham Əliyev hazırkı dövrün reallıqları fonunda diqqəti tarixi zəfərimizdən sonra regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün təklif edilən sülh müqaviləsinin imzalanması ilə bağlı hazırkı vəziyyətdən, Azərbaycanın müstəqil xarici siyasətindən, Ermənistanın silahlandırılması ilə sülh müqaviləsinin imzalanması prosesinin yanaşı qoyulmasının mümkünsüzlüyündən, Azərbaycan-Rusiya münasibətlərinin Müttəfiqlik Bəyannaməsinin imzalanmasından sonrakı dövrdə inkişafından, Qarabağın və Şərqi Zəngəzurun bərpasından, bu prosesdə Rusiya şirkətlərinin iştirakından və sair kimi mühüm məsələlərdən geniş bəhs edib.Bu fikri xüsusi qeyd edib ki, Azərbaycan xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə müstəqil xarici siyasət yürüdən, tamamilə müstəqil aktor kimi qəbul edilir. Azərbaycan, eyni zamanda, həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur.O da qeyd edildi ki, bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır. Buna nə Azərbaycanda, nə də Rusiyada heç bir şübhə yoxdur. Ölkələrimiz üçün çətin vaxtlarda  Azərbaycan və Rusiya  həmişə həm vəziyyətin dərk olunmasını nümayiş etdirib,  həm də özünü  dostcasına aparıb. Dövlətimizin başçısı İlham Əliyev müsahibəsində 2022-ci ildə Azərbaycan-Rusiya Müttəfiqlik Bəyannaməsinin, 2021-ci ildə isə  Azərbaycanla Türkiyə arasında Müttəfiqlik sənədinin  imzalandığını xatırladıb.

Tarixi zəfərimizə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsinə baxmayaraq, dövlətimizin başçısı cənab İlham Əliyev qarşıda dayanan hədəflərdən bəhs edərkən daim  hərbi  qüdrətimizin artırılmasının vacibliyini xüsusi qeyd edir. Dövlət büdcəsindən ayırmalarda müdafiə xərclərində nəzərəçarpan artım da bunun bariz nümunəsidir. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra  bu çağırış xüsusi qeyd edildi ki, Ermənistanda revanşist qüvvələrin baş qaldıracağı istisna deyil. Buna hər zaman hazır olmalıyıq. Ötən ilin sentyabr ayında bir günlük lokal antiterror tədbirlərinə qədər Ermənistanın törətdiyi hərbi təxribatlar, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan  irəli gələn öhdəliklərini yerinə yetirməkdən yayınması bu məsələnin aktuallığını bir daha sübut edir.

Zərdab rayon Şıxbağı kənd tam orta məktəbinin direktoru – Sabir Əhmədov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki