İndoneziya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hildi Hamidlə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
“Qanunla.az” xəbər verir ki, görüşdə iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb, gələcək perspektivlər müzakirə olunub.