image-qanunla-reklam
image-1739382093_1739341383358556407_1200x630

Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı

image-lady-day-az

Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı.

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş vermişdir Bəşəriyyət əleyhinə cinayət olan Xocalı soyqırımının törədilməsindən 33 il ötür. Xocalı faciəsi erməni vandalizminin daha bir nümunəsi, yaxud təcavüzkar erməni millətçilərinin yüzilliklər boyu Azərbaycan xalqına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin növbəti qanlı səhifəsi idi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər. Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur.Ancaq bu niyyət baş tutmadı. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular. Bu soyqırım nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan: uşaqlar – 63 nəfər;  qadınlar – 106 nəfər;  qocalar – 70 nəfər. 8 ailə tamamilə məhv edilmişdir. 25 uşaq hər iki valideynini itirmişdir. 130 uşaq valideynlərindən birini itirmişdir 487 nəfər yaralanmışdır, onlardan: uşaqlar – 76 nəfər; 1275 nəfər əsir götürülmüşdür. 150 nəfər itkin düşmüşdür. Dövlətin və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur. Erməni silahlı dəstələrinin Xocalıya hücümunu şəhərin coğrafi mövqeyi şərtləndirirdi. 7000 əhalisi olan Xocalı Xankəndindən 10 km cənub-şərqdə, Qarabağ dağ silsiləsində və Ağdam-Şuşa, Əskəran -Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə hava limanı da Xocalıdadır. Xocalı 1991-cı ilin oktyabrından blokadada idi. Oktyabrın 30-da avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması və nəticədə 40 nəfərin həlakından sonra isə bu əlaqə də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik verilmirdi. Şəhər ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Şəhərin müdafiəsi əsasən atıcı silahlarla silahlanmış yerli özünümüdafiə dəstəsi, milis və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu. Həmin günlərdə Azərbaycan qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta meyitlərin götürülməsi belə mümkün olmadı. Bu zaman isə ermənilər vertolyotlarla, ağ geyimli xüsusi qruplarla meşələrdə gizlənmiş insanların axtarışını aparır, aşkar edilənləri əsir götürür, işgəncələrə məruz qoyurdular. 1994-cü ilin fevral ayının 28-də tərkibində yerli jurnalistlər də olan qrup 2 vertolyotla azərbaycanlıların həlak olduqları yerə çata bildilər. Gördükləri mənzərə hamını dəhşətə gətirdi – düzənlik cəsədlərlə dolu idi. İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq 4 meyiti götürmək mümkün oldu. Martın 1-də yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha da dəhşətli vəziyyət müşahidə olunmuşdur. Meyitlərin skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərinin çıxardılması, ətrafların kəsilməsi, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edilmişdir. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən yenidən bütövləşdi.  Əli Xocalı faciəsi qurbanlarının qanına bulaşmış erməni vandallarının bir çoxu İkinci Qarabağ müharibəsi zamanı məhv edildi. Beləliklə, qisas qiyamətə qalmadı.

Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı-  Ehtiram Osmanov

 

 

 

Holokost soyqırımına bənzəyən Xocalı faciəsi.

XX əsr bəşər tarixinə təkcə elmi-texnoloji inkişaf dövrü kimi yox, həm də insanlıq əleyhinə törədilmiş dəhşətli cinayətlərin şahidi kimi daxil oldu. Bu əsrin əvvəlində erməni terror təşkilatları Osmanlı imperiyasında dinc türk əhalisinə qarşı qətliamlar törətdiyi kimi, ortalarında faşist Almaniyasının antisemit siyasəti Holokost faciəsinə gətirib çıxardı. Əsrin sonunda isə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Azərbaycanın Xocalı şəhərində dəhşətli bir soyqırım aktı törətdilər.

Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı deyil, ümumilikdə insanlığa yönəlmiş ən ağır cinayətlərdən biridir. 613 nəfər dinc azərbaycanlının, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın amansızcasına qətlə yetirilməsi Holokost kimi qlobal miqyaslı bir fəlakətə bənzəyir.  Martın 1-də yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerində dəhşətli vəziyyət müşahidə olunmuşdur. Meyitlərin skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərinin çıxardılması, ətrafların kəsilməsi, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edilmişdir.  Hər iki hadisədə məqsəd etnik təmizləmə və milli kimliyi məhv etmək olmuşdur.

Holokost zamanı yəhudi əhalisi xüsusi düşərgələrdə kütləvi şəkildə məhv edilirdi, Xocalıda isə soyqırım yerindəcə, heç bir hərbi zərurət olmadan həyata keçirildi. Xocalı sakinləri təkcə güllələnməklə deyil, diri-diri yandırılaraq, başları kəsilərək, işgəncələrə məruz qalaraq öldürüldülər. Bütün bunlar Xocalı soyqırımının insanlıq tarixində ən qəddar cinayətlərdən biri olduğunu göstərir.

Soyqırımların qarşısının alınması üçün Holokost və Xocalı kimi hadisələr heç vaxt unudulmamalıdır. Tarixin dərsləri unudulduqda, belə faciələrin təkrarlanmaq ehtimalı artır. Dünya ictimaiyyəti Xocalı soyqırımını tanımalı və bu cür hadisələrin gələcəkdə baş verməməsi üçün müvafiq addımlar atmalıdır. Əks halda, bəşəriyyət tarixdə eyni səhvləri təkrar etməyə davam edəcək.

Gəncliyə Dəstək İctimai birliyinin sədri Vəfa Xəlilli


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki