image-qanunla-reklam
image-qadin-hebs

Naftalanda dələduzluq edən qadın saxlanıldı

image-lady-day-az

Naftalanda dələduzluq hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Qanunla.Az-a verilən məlumata görə, Naftalan Şəhər Polis Şöbəsinə (RPŞ) bəzi mağaza sahibləri tərəfindən müraciət daxil olub.

Müraciət edən şəxslər bir nəfər qadının onların etibarından sui-istifadə edərək müxtəlif məbləğlərdə nağd pul və geyim əşyalarını mənimsədiyini bildiriblər. Naftalan ŞPŞ əməkdaşlarının daxil olan müraciətlər əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin əməlləri törətməkdə şübhəli bilinən Bərdə şəhər sakini G.Vəliyeva saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki