image-qanunla-reklam
image-1616919986-hebs-1616496818

Naftalanda narkotacirlər saxlanıldı

image-lady-day-az

Naftalan Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilən şəhər sakinləri, Pərviz Ruzicəngi və Rəfail Əliyev şəhər ərazisində saxlanılaraq, ŞPŞ-yə gətirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Unikal.org-a məlumata görə, oların üzərində şəxsi axtarış keçirilən zaman P.Ruzicənginin cibindən 1 ədəd kağız bükümdə 0.284 qram, R.Əliyevin cibindən isə 1 ədəd kağız bükümdə 0.401 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki