image-qanunla-reklam
image-yenigundem_c691ce97a46e56852e349ca8b492e0be_m19yg2lvtozhqj3e675u-620x460

Naftalanda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd edildi – FOTOLAR

image-lady-day-az
Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Naftalan şəhərində ağacəkmə aksiyası təşkil olunub.
“Yeni Gündəm” xəbər verir ki, şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və Millət Vəkili Anar Məmmədov Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək dahi şəxsiyyətin xatirəsini ehtiramla anıblar.
COVID-19 pandemiyasını nəzərə alaraq, hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Heydər Əliyev parkında müxtəlif növ ağac, mövsümi güllər əkilib.
Ulu Öndərin anadan olmasının 98-ci ildönümü münasibətilə keçirilən ağacəkmə kampaniyasında şəhərin müxtəlif ərazilərində ümumilikdə 500, eldar şamı, sərv və digər ağac və gül kolları əkilib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki