ABŞ-ın Nyu-Cersi ştatında türk və müsəlman icmasının sıx məskunlaşdığı Paterson şəhərində imam bıçaqlı hücuma məruz qalıb.
“Qanunla.az” xəbər verir ki, Ömər məscidinin imamı Seyid Əl-Nəkib səhər namazını qılarkən kürəyindən bıçaqlanıb. Hadisə anbaan müşahidə kameralarına əks olunub.
Belə ki, hadisəni törədən türk əsilli Şerif Zorba adlı hücumçu isə vətəndaşlar tərəfindən yaxalanıb və polisə təhvil verilib. Onun barəsində cinayət işi açılıb. Kürəyindən bıçaqlanan imam isə xəstəxanaya çatdırılıb.