Paytaxtın Sabunçu rayonu Nardaran qəsəbəsindəki istirahət mərkəzində xuliqanlıq hərəkətləri törədən şəxslər müəyyən olunublar.
“Qanunla.az” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində fakta görə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.
Hadisə iştirakçılarından bir qrupu saxlanılıb.
Cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.