image-qanunla-reklam
image-1631425931-613d94116afcc613d94116afcd1631425553613d94116afca613d94116afcb

Narkotik yetişdirən Hacıqabul sakinləri SAXLANILDI

image-lady-day-az

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunublar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Qanunla.Az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatları əsasında keçirilən tədbirlər zamanı Hacıqabul rayon sakinləri Vasif Kazımov və Hafiz Haxverdiyev saxlanılıblar.

Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat zamanı isə narkotik tərkibli bitkilərin kultivasiyası məşğul olan Sabirabad rayon sakini Sahib İsayev çalışdığı Hacıqabul Quşçuluq Şirkəti MMC-nin ərazisində saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 170 qram marixuana, eləcə də S.İsayevin çalışdığı şirkətin ərazisində becərdiyi 8 ədəd çətənə kolu aşkarlanaq götürülüb.

Faktlarla bağlı Hacıqabul RPŞ-də cinayət işləri açılıb, araşdırmalar aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki