Azərbaycanda qanunsuz olaraq narkotik vasitələri saxlamaqda təqsirləndirilən Balay Bayramova bəraət verilib.
Qanunla.Az xəbər verir ki, bunu onun vəkili Vamiq Şükürov deyib.
O bildirib ki, Şirvan Apellyasiya Məhkəməsi B.Bayramovun barəsində bəraət hökmü çıxarıb. Təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb.
V.Şükürovun sözlərinə görə, B.Bayramov 2018-ci ilin avqust ayında polis əməkdaşları tərəfindən Ağcabədi rayonu ərazisində saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə B.Bayramov 5 il müddətinə azadlıqdan məhrum edib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. Daha sonra B.Bayramov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə isə işi yenidən Şirvan Apellyasiya Məhkəməsinə göndərib.