image-qanunla-reklam
image-a27bf9b3ab808802774646b4940af6c3

NATO-nun Baş katibi: Cənubi Koreyadakı vəziyyəti nəzarətdə saxlayırıq

image-lady-day-az

NATO Alyansın mühüm tərəfdaşı olan Cənubi Koreyadakı vəziyyəti izləyir.

Qanunla.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu təşkilatın Baş katibi Mark Rütte Brüsseldə NATO ölkələrinin XİN başçılarının iclasından əvvəl bildirib.

“Cənubi Koreya bizim mühüm tərəfdaşımızdır. Biz vəziyyəti diqqətlə izləyirik, lakin hazırda bu məsələni şərh etməyəcəyəm”, – o qeyd edib.

Qeyd edək ki, Koreya Respublikasının altı müxalifət partiyası Prezident Yun Sok Yolun impiçmenti ilə bağlı təklif irəli sürüb.

Xatırladaq ki, ötən gün Prezident ölkədə hərbi vəziyyətin tətbiq edildiyini elan edib. Hərbi vəziyyət Şimali Koreyanın dövlətdaxili işlərə müdaxiləsinin qarşısını almaq və konstitusiya hüququnu bərpa etmək üçün tətbiq olunub. Daha sonra Cənubi Koreya Prezidenti xalqa müraciətində parlamentin hərbi vəziyyətin ləğvi ilə bağlı qərarını qəbul etdiyini bildirib


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki