image-qanunla-reklam
image-1721037034-stoltenberg-zelenski

“NATO Rusiya təyyarələrini vurmayacaq” – Stoltenberq

image-lady-day-az

NATO qoşunları Ukrayna münaqişəsində, o cümlədən Ukrayna ərazisində Rusiya təyyarələrinin və raketlərinin vurulmasında birbaşa iştirak etməməlidir. 

Qanunla.Az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın TSN telekanalının efirində bildirib.

“NATO-nun siyasəti dəyişməzdir. Biz o münaqişədə iştirak etməyəcəyik… Rusiya təyyarələrinin məhv edilməsində Ukraynanı dəstəkləyəcəyik, lakin NATO birbaşa iştirak etməyəcək”, – Stoltenberq deyib.

NATO-nun baş katibi həmçinin vurğulayıb ki, alyans Kiyevə hərbi yardım göstərməyə davam edəcək, o cümlədən ölkənin hava hücumundan müdafiəsini gücləndirəcək.

Onun sözlərinə görə, NATO müttəfiqləri F-16 qırıcılarını mümkün qədər tez Kiyevə çatdırmaqda qərarlıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki