Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya “Google”a müraciət edərək “Youtube” videohostinqinin Rusiyada dayandırılması cəhdlərinə müqavimət göstərməsini xahiş edib.
Qanunla.az xəbər verir ki, bu barədə o öz Teleqram kanalında yazıb. Yuliya “Google”un senzura ilə mübarizə üçün imkanları olduğunu bildirib. Navalnaya Putin administrasiyasının hələ 2018-ci ildə Telegramla bağlı eyni addımı atmaq istədiyini, amma şirkətin buna imkan vermədiyini söyləyib:
“Əgər mübarizə olacaqsa, Putin senzurasına qalib gəlmək mümkündür. Mübarizəsiz, əlbəttə, yalnız uduzmaq olar”.
Qeyd edək ki, Rusiya “Youtube”ni avqust ayından qismən bloklamağa başlayıb. İki gün öncə isə ölkədəki mobil şəbəkələrdən sosial şəbəkəyə girişin tam dayandırıldığı bilinib.
Youtube və digər sosial şəbəkələr hazırda Rusiya müxalifətinin ölkədəki proseslərə təsir edə biləcək əsas rıçağı sayılır.