Naxçıvan Sazişi Türk Dövlətləri Təşkilatının əsasını qoydu.
Türk Dövlətləri Təşkilatı, türk dünyasının inteqrasiyasını və qarşılıqlı əməkdaşlığını gücləndirmək məqsədilə 2009-cu ildə Naxçıvanda imzalanmış Naxçıvan Sazişi ilə əsası qoyulan bir ittifaqdır. Bu tarixi sənəd, təşkilatın ideoloji və institusional bazasını formalaşdıraraq türk dövlətləri arasında ortaq maraqlara söykənən əlaqələrin inkişafına zəmin yaratmışdır. Sazişin imzalanmasının 15-ci ildönümü münasibətilə bu əməkdaşlığın, türk dünyası üçün müsbət nəticələrini və beynəlxalq arenadakı rolunu vurğulamaq vacibdir. Türk Dövlətləri Təşkilatı ötən illər ərzində çoxşaxəli inkişaf yolu keçmişdir. Bu təşkilat çərçivəsində iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət və digər sahələrdə irəliləyişlər əldə olunmuşdur. Ən mühüm hadisələrdən biri isə bu ilin iyul ayında Azərbaycanın Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşüdür. Bu görüş zamanı imzalanmış Qarabağ Bəyannaməsi türk dövlətləri arasında siyasi, iqtisadi və mədəni inteqrasiyanın daha da dərinləşdirilməsinə töhfə verir. Qarabağ Bəyannaməsi həm də işğaldan azad edilmiş Azərbaycan torpaqlarının bərpasında və bu ərazilərdə sülhün möhkəmlənməsində birlikdə atılacaq addımları təsdiqləyir.
Azərbaycan, Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi və təşkilata üzv ölkələr arasında strateji əməkdaşlığın dərinləşməsi üçün öz səylərini davam etdirməkdə qərarlıdır. Bu, yalnız türk dövlətlərinin maraqlarına xidmət etməklə qalmır, həm də bölgədə sabitliyin təmin edilməsinə və regional təhlükəsizliyin güclənməsinə mühüm töhfə verir.
Əlvənd kənd H. Zərdabi adına tam orta məktəbin direktoru E. Xəlilov.
Türk Dünyası ölkələri arasında əməkdaşlıq inkişaf edir
Türk Dünyası ölkələri arasında əməkdaşlığın inkişafı özünü Türk Dövlətləri Təşkilatıının fəallaşmasında göstərir. Son illərdə nəzərəçarpacaq dərəcədə bu təşkilat çərçivəsində türk öləkləri əməkdaşlığı gücləndirir. Bu inkişaf, xüsusilə siyasi, iqtisadi və mədəni sahələrdə müşahidə olunur. Türk Dövlətləri Təşkilatı və digər regional formatlarda, bu ölkələr arasında bir çox sahələrdə əməkdaşlıq artır və birgə təşəbbüslər daha da genişlənir. Türk Dünyası ölkələri arasında qarşılıqlı siyasi dəstək və əməkdaşlıq, regional və beynəlxalq məsələlərdə birgə mövqelərin ortaya qoyulmasına şərait yaradır. Türk Dövlətləri Təşkilatı, bu əməkdaşlığın əsas platformalarından biridir və dövlət başçıları arasında müntəzəm görüşlər keçirilir. İqtisadi sahədə birgə layihələr, ticarət əlaqələrinin inkişafı və enerji sahəsində əməkdaşlıq önəmlidir. Türk Dövlətləri Təşkilatının iqtisadi əməkdaşlıq məsələlərini tənzimləyən mexanizmləri mövcuddur və bu əməkdaşlıq həmçinin infrastruktur layihələrini əhatə edir. Mədəniyyət sahəsində əməkdaşlıq da çox önəmlidir. Türk Dünyası ölkələri arasında dil, tarix və mədəni irsin qorunması və təbliği istiqamətində müxtəlif tədbirlər keçirilir. Bu əməkdaşlıq çərçivəsində, kitab sərgiləri, musiqi və teatr festivalları, elmi konfranslar təşkil edilir. Türk Dünyası ölkələri arasında təhsil sahəsində əməkdaşlıq artmaqdadır. Ortak universitetlər və təhsil proqramları yaradılır, elmi tədqiqatlar və mübadilə proqramları həyata keçirilir. Həmçinin, tələbə mübadiləsi və təcrübə proqramları da bu əməkdaşlığın bir hissəsidir. Təhlükəsizlik məsələlərində də əməkdaşlıq güclənir. Dövlətimizin başçısının çıxışında dediyi kimi, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır: “Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib. Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisidir”. Türk Dünyası ölkələri, bir-birinin təhlükəsizliyini təmin etmək məqsədilə hərbi təlimlər və qarşılıqlı dəstək verirlər. Regional təhlükəsizlik məsələlərində birgə mövqelərin ortaya qoyulması, bu əməkdaşlığın vacib bir hissəsidir. Azərbaycan, TDT çərçivəsində həyata keçirilən ticarət və iqtisadi əməkdaşlıq layihələrinə dəstək verir. Bu layihələrə sərmayə qoyuluşu, müxtəlif regionlarda iqtisadi layihələrin həyata keçirilməsi və beynəlxalq ticarət əlaqələrinin inkişafı daxildir. Azərbaycanın strateji mövqeyi və iqtisadi potensialı, bu əməkdaşlığın daha effektiv olmasına imkan verir. Təhsil və mədəniyyət sahələrində birgə fəaliyyətlər təşkil etmək və bu sahələrdəki təşəbbüsləri maliyyələşdirmək üçün Azərbaycan da TDT-nin təşəbbüslərinə maddi dəstək verir. Türk Dünyası ölkələri arasında təhsil proqramlarının və mədəniyyət layihələrinin həyata keçirilməsi bu əməkdaşlığın əsas hissəsidir.Bu əməkdaşlıq həmçinin Azərbaycanın beynəlxalq əlaqələrini genişləndirməsinə və regionda daha da dominant bir mövqe tutmasına kömək edir. Türk Dünyası ölkələri arasında əməkdaşlığın inkişafı, regionda sabitliyin və qarşılıqlı anlaşmanın güclənməsinə səbəb olur. Həmçinin, bu əməkdaşlıq, dünya miqyasında Türk dövlətlərinin beynəlxalq təsirini artırır. Gələcəkdə isə daha da çox sahədə birgə layihələrin həyata keçirilməsi, regional inteqrasiyanın dərinləşməsi və yeni iqtisadi dəhlizlərin yaradılması gözlənilir. Bu inkişafın nəticəsi olaraq, Türk Dünyası ölkələri arasında əlaqələrin möhkəmlənməsi və birgə əməkdaşlıq platformalarının genişlənməsi, bu dövlətlərin gələcəkdə daha da yaxınlaşmasına imkan yaradacaq.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı İmanova Xanım