image-qanunla-reklam
image-tdt

Naxçıvan Sazişi Türk Dövlətləri Təşkilatının əsasını qoydu

image-lady-day-az

Naxçıvan Sazişi Türk Dövlətləri Təşkilatının əsasını qoydu.

Türk dövlətlərinin birliyi çox vacibdir. Çünki türk dövlətlərinin birliyi həm Azərbaycanın həmdə digər türk dövlətlərinin inkşafına onların siyasi arenada güclərinə güc qatmasına səbəb olur. Bu məqsədlə ilk dəfə 3 oktyabr 2009-cu ildə Naxcıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında Türk dövlətləri təşkilatı qurulmuşdur . Bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümüdür. Təşkilatımız bu dövr ərzində uğurlu inkişaf yolu keçib. İyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir. Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək. Prezident İlham Əliyevdə çıxışında türk dövlətləri birliyinin necə vacib olduğunu belə vurğulamışdır: Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib. Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisidir. Türk Dünyası ölkələri, bir-birinin təhlükəsizliyini təmin etmək məqsədilə hərbi təlimlər və qarşılıqlı dəstək verirlər. Regional təhlükəsizlik məsələlərində birgə mövqelərin ortaya qoyulması, bu əməkdaşlığın vacib bir hissəsidir. Azərbaycanın TDT çərçivəsində maliyyə dəstəyi və resursların təmin edilməsi, təşkilatın üzv ölkələr arasında əməkdaşlığın dərinləşməsinə və daha yüksək nəticələr əldə edilməsinə imkan yaradır. Gələcəkdə bu dəstəyin daha da artması, xüsusilə iqtisadi sahələrdə Azərbaycanın təşəbbüsləri ilə birlikdə, Türk Dünyasının global miqyasda daha çox təsir və nüfuz əldə etməsinə səbəb ola bilər. Bu əməkdaşlıq həmçinin Azərbaycanın beynəlxalq əlaqələrini genişləndirməsinə və regionda daha da dominant bir mövqe tutmasına kömək edir. Türk Dünyası ölkələri arasında əməkdaşlığın inkişafı, regionda sabitliyin və qarşılıqlı anlaşmanın güclənməsinə səbəb olur. Həmçinin, bu əməkdaşlıq, dünya miqyasında Türk dövlətlərinin beynəlxalq təsirini artırır. Gələcəkdə isə daha da çox sahədə birgə layihələrin həyata keçirilməsi, regional inteqrasiyanın dərinləşməsi və yeni iqtisadi dəhlizlərin yaradılması gözlənilir. Bu inkişafın nəticəsi olaraq, Türk Dünyası ölkələri arasında əlaqələrin möhkəmlənməsi və birgə əməkdaşlıq platformalarının genişlənməsi, bu dövlətlərin gələcəkdə daha da yaxınlaşmasına imkan yaradacaq.

Zərdab Şəhər Ş.Qurabonov adına 2saylı tam orta məktəbin Tarix müəllimi Sadıqova Ülkər

 

 

Türk Dünyası ölkələri arasında əməkdaşlıq inkişaf edir.

Prezident İlham Əliyev noyabrın 6-da Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxışında deyib ki, Türk Dünyası ölkələri arasında əməkdaşlıq inkişaf edir: “Bu, mənim son iki ildə Qırğız Respublikasına üçüncü səfərimdir. Hər səfərimdə Sadır Nurqojoyeviçin rəhbərliyi ilə ölkədə inkişafın şahidi oluram. Əldə edilmiş bütün uğurlar münasibətilə qardaş Qırğızıstanı təbrik edirəm”. Türk Dünyası ölkələri arasında əməkdaşlığın inkişafı özünü Türk Dövlətləri Təşkilatıının fəallaşmasında göstərir. Son illərdə nəzərəçarpacaq dərəcədə bu təşkilat çərçivəsində türk öləkləri əməkdaşlığı gücləndirir. Bu inkişaf, xüsusilə siyasi, iqtisadi və mədəni sahələrdə müşahidə olunur. Türk Dövlətləri Təşkilatı  və digər regional formatlarda, bu ölkələr arasında bir çox sahələrdə əməkdaşlıq artır və birgə təşəbbüslər daha da genişlənir. Türk Dünyası ölkələri arasında qarşılıqlı siyasi dəstək və əməkdaşlıq, regional və beynəlxalq məsələlərdə birgə mövqelərin ortaya qoyulmasına şərait yaradır. Türk Dövlətləri Təşkilatı, bu əməkdaşlığın əsas platformalarından biridir və dövlət başçıları arasında müntəzəm görüşlər keçirilir. İqtisadi sahədə birgə layihələr, ticarət əlaqələrinin inkişafı və enerji sahəsində əməkdaşlıq önəmlidir. Türk Dövlətləri Təşkilatının iqtisadi əməkdaşlıq məsələlərini tənzimləyən mexanizmləri mövcuddur və bu əməkdaşlıq həmçinin infrastruktur layihələrini əhatə edir. Xüsusilə, ticarət dövriyyəsinin artırılması və nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində müxtəlif təşəbbüslər həyata keçirilir.Dövlətimizin Başçısı çıxışında vurğuladı ki, ötən ilin sentyabr ayında Azərbaycan öz suverenliyini tam bərpa etdi. İşğaldan azad olunmuş ərazilərdə indi genişmiqyaslı yenidənqurma və bərpa layihələri həyata keçirilir, eyni zamanda, Böyük Qayıdış Proqramının icrası çərçivəsində keçmiş məcburi köçkünlər öz doğma yurdlarına geri dönürlər. Sonra cənab Prezident İlham Əliyev Özbəkistan, Qazaxıstan, Qırğızıstan və  Macarıstanın dövlət və hökumət başçılarına azad olunmuş ərazilərdə qardaşlıq hədiyyəsi olan məktəbə və yaradıcılıq mərkəzinə, eləcə də tikiləcək məktəblərə təşəkkürünü bildirdi. Mədəniyyət sahəsində əməkdaşlıq da çox önəmlidir. Türk Dünyası ölkələri arasında dil, tarix və mədəni irsin qorunması və təbliği istiqamətində müxtəlif tədbirlər keçirilir. Bu əməkdaşlıq çərçivəsində, kitab sərgiləri, musiqi və teatr festivalları, elmi konfranslar təşkil edilir. Türk Dünyası ölkələri arasında təhsil sahəsində əməkdaşlıq artmaqdadır. Ortak universitetlər və təhsil proqramları yaradılır, elmi tədqiqatlar və mübadilə proqramları həyata keçirilir. Həmçinin, tələbə mübadiləsi və təcrübə proqramları da bu əməkdaşlığın bir hissəsidir.Təhlükəsizlik məsələlərində də əməkdaşlıq güclənir. Dövlətimizin başçısının çıxışında dediyi kimi, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır: “Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib. Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisidir”.

Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı Ehtiram Osmanov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki