Naxçıvan şəhərində qidadan kütləvi zəhərlənmə qeydə alınıb.
“Qanunla.az” apa-ya istinadən xəbər verir ki, dünən axşam Naxçıvan şəhərində qidadan 8 nəfər zəhərlənib.
Belə ki, bayram axşamı şəhər sakinləri 1995-ci il təvəllüdlü Türkanə İbrahimova, 1988-ci il təvəllüdlü Nahidə Rzayeva, 1975-ci təvəllüdlü Məhəbbət İbrahimova, 1954-cü il təvəllüdlü Səbahət Allahverdiyeva, 1959-cu il təvəllüdlü Kişvər Muradova, 1932-ci il təvəllüdlü Hökümə Məmmədova, 1997-ci il təvəllüdlü Röya Babayeva və 1964-cü il təvəllüdlü Elmira Bünyadova qidadan zəhərlənmə ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Xəstəxanadan bildirilib ki, zərərçəkənlərin vəziyyətləri sabitdir.