image-qanunla-reklam
image-1636623349-samir

Nazir 2023-cü ilin dövlət büdcəsində dəyişikliklər ediləcəyinin ANONSONU VERDİ

image-lady-day-az

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkə qarşısında duran vəzifələrin icrası üçün 2023-cü ilin dövlət büdcəsinə dəyişiklik edilməsi zərurəti yaranıb.

“Qanunla.az” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov bildirib.

“Əsas istiqamətləri Prezident öz çıxışında göstərib. Bunlar Böyük Qayıdış proqramına uyğun layihələrin maliyyələşdirilməsini sürətlə həyata keçirmək, eləcə də ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlıdır. Bunun üçün də əlavə vəsaitə ehtiyac var. Odur ki, büdcəyə yenidən baxılması nəzərdə tutulub. Bundan başqa digər məsələlər də dəyişikliklərdə əksini tapacaq”, – deyə o qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki