image-qanunla-reklam
image-c8c137d3-aa51-30e5-a641-0b3db21ace1d_850

Nazir müavini: “Çin Azərbaycana vaksin, dərman və tibb ləvazimatları göndərməyə hazırdır”

image-lady-day-az

“Çin Azərbaycanla koronavirus xəstəliyinə qarşı mübarizədə, eyni zamanda tibb və səhiyyə sahələrində uğurlu əməkdaşlığı davam etdirməkdə maraqlıdır”.

Bu sözləri Çinin kommersiya nazirinin müavini, ölkənin ticarət üzrə beynəlxalq nümayəndəsi (nazir səviyyəsində) Yuy Tzyanhua Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının videokonfrans formatında keçirilən 8-ci iclasında deyib.

O qeyd edib ki, Çin vaksin, dərman və tibb ləvazimatlarının Azərbaycana ixracını davam etdirməyə hazırdır.

Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev həmçinin COVID-19 pandemiyasının ilk günlərindən Azərbaycan və Çinin nümayiş etdirdiyi həmrəyliyi və qarşılıqlı dəstəyi yüksək qiymətləndirib, koronavirus xəstəliyi ilə mübarizə məqsədilə ölkəmizə göstərilən dəstəyə görə Çin Hökumətinə və xalqına minnətdarlıq ifadə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki