image-qanunla-reklam
image-muxtar-babayev1

Nazir plastik çirklənməyə qarşı görülən tədbirlərdən danışdı

image-lady-day-az

Nazir plastik çirklənməyə qarşı görülən tədbirlərdən danışdı

12 Punto 14 Punto 16 Punto 18 Punto

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Avropa və Mərkəzi Asiya regionları üzrə “Plastik tullantıların idarə olunması üçün nüvə texnologiyaları (NUTEC Plastics)” layihəsi çərçivəsində videoformatda görüş keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Qanunla.Az-a verilən məlumata görə, görüşdə Azərbaycanı təmsil edən Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Azərbaycanda plastik çirklənməyə qarşı görülən mübarizə tədbirləri barədə məlumat verib.

Nazir plastik çirklənmə probleminin dayanıqlı həllində, xüsusilə dəniz mikroplastik tullantılarının monitorinqində nüvə texnologiyasının tətbiqi kimi qlobal təşəbbüsün faydasını vurğulayıb və bu təşəbbüs çərçivəsində gələcək əməkdaşlığın müsbət nəticə verəcəyini qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki