Almaniyanın xarici işlər naziri Annalena Berbok hökumət təyyarəsinin sıradan çıxması səbəbindən Avstraliyaya uçuşu yarımçıq dayandırıb və BƏƏ-nin paytaxtı Əbu-Dabiyə məcburi eniş edib.
“Qanunla.az” TASS-a istinadən xəbər verir ki, Burbokun Avstraliyaya nə vaxt, necə və ümumiyyətlə gedəcəyi məsələsi həll edilir. Mütəxəssislər təyyarəni yerindəcə təmir etməyin mümkün olub-olmadığını və ehtiyat hissələrin tələb olunduğunu öyrənirlər.
Hökumət layneri əvvəlcə Əbu-Dabidə yanacaq doldurub və Avstraliya istiqamətində havaya qalxıb, lakin üç dəqiqədən sonra ekipaj problemi görüb. Pilot təyyarənin qanadlarında problemlər olduğunu bildirib. Sonda yenidən Əbu-Dabiyə qayıtmaq qərara alınıb. Üstəlik, təhlükəsiz eniş üçün havada 80 ton kerosindən xilas olmaq lazım gəlib. Belə ki, yanacaq doldurduqdan sonra laynerin çəkisi 271 ton olub, eniş zamanı isə 190 tona icazə verilir.
Burbokun Avstraliyaya nə vaxt gedəcəyi hələlik məlum deyil.