image-970_50
image-baki-karantin

Nazirlik rəsmisindən karantinlə bağlı şad xəbər – Video

image-728_90

Azərbaycanda mövcud vəziyyət nəzərə alınaraq yumşaldılmaların aparılması nəzərdən keçirilə bilər.

Qanunla.Az xəbər verir ki, bunu ARB-24-ün “Nə baş verir?” verilişində Operativ Qərargahın iclasında müzakirə olunması gözlənilən məsələlərə aydınlıq gətirən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov deyib.

O bildirib ki, dekabr və yanvarda virusun kəskin yayılması və vaksinayası prosesi nəticəsində Bakı 60 faizlik kollektiv immunitet həddinə artıq daha çox yaxındır:

“Lakin burada söhbət tək Azərbaycan daxili epidemioloji vəziyyətdən getmir. Bilirsiniz ki, indi sürətlə yayılan Hindistan ştammı var. Düzdür, bizdə sərhədlər iyunun 1-dək qapalıdır. Buna görə də hesab edirəm ki, Azərbaycanda yumşaldılmanın aparılması nəzərdən keçirilə bilər. Bu, davamlı olaraq müzakirə mövzusudur. Havanın artıq isinməsi ilə əlaqədar insanların kütləvi toplaşmadığı açıq məkanlarda maskalardan istifadə, idman zallarının açılıb-açılmaması məsələsi də buraya daxildir”.

N. Seyidov onu da qeyd edib ki, Ramazan bayramında rayonlara səfər edən vətəndaşların karantin davranış qaydalarına riayət etməsi məsləhət görülür.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki