image-qanunla-reklam
image-247005977_1092778518137048_2429799232274490050_n

Nazirliyin Vətən müharibəsində şəhid olan əməkdaşının anım günüdür – VİDEO

image-lady-day-az

 

Bu gün İqtisadiyyat Nazirliyinin əməkdaşı Asəf Səfəralı oğlu Nəsibovun şəhidlik zirvəsinə ucaldığı gündür.

Qəhrəman şəhidimiz Asəf Nəsibov 1994-cü il fevralın 25-də Qazax rayonunun Qaymaqlı kəndində anadan olub və həmin kənddə orta məktəbi bitirib.

2011-2015-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında Kimya mühəndisliyi ixtisasına yiyələnib. 2015-2016-cı illərdə həqiqi hərbi xidmət keçib, 2016-cı ilin Aprel döyüşlərində iştirak edib.

2018-ci ilin noyabrından İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Sumqayıt Kimya Sənaye Parkı” MMC-də mütəxəssis və baş mütəxəssis vəzifələrində çalışıb. Könüllü olaraq cəbhəyə getmək üçün müraciət edən Asəf Nəsibov Vətən müharibəsinin ilk günlərində hərbi xidmətə çağırılıb.

Azərbaycan gəncinin millətinə, dövlətinə və torpağına bağlılığının bariz nümunəsi, vətənpərvərliyi ilə gələcək nəsillərə örnək olan Asəf Nəsibov Cəbrayıl, Qubadlı və Laçın rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 29-da Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

O, Qaymaqlı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə göstərdiyi igidlik və şücaətə görə Asəf Nəsibov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

Şəhidimiz nişanlı idi, qələbədən sonra toyu olacaqdı.

İqtisadiyyat Nazirliyinin əməkdaşı Asəf Nəsibovun adının əbədiləşdirilməsi məqsədi ilə “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdində Peşə Təhsil Mərkəzinin inzibati binasında şəhidin xatirə lövhəsi açılıb.

Şəhid Asəf Nəsibov haqqında Elçin Kazımovun “Vaxtsız solan ömür” ssenarisi əsasında hazırlanmış videonu təqdim edirik:


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki