Martın 11-də ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin may müqaviləsinin dəyəri 3,06% artaraq 1 barelə görə 112,67 dollar təşkil edib.
“Qanunla.az” xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin aprelində ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 3,12% artaraq 109,33 dollar təşkil edib.