ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin noyabr müqaviləsinin dəyəri 0,78 artaraq 1 barelə görə 88,69 dollar təşkil edib.
“Qanunla.az” xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin oktyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,85% artaraq 82,64 dollar təşkil edib.