image-qanunla-reklam
image-1664341862_1663136401_1662633677_neft__2_

Neft cüzi ucuzlaşdı

image-lady-day-az

Dünya bazarında neft cüzi ucuzlaşıb.

“Qanunla.az” xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin mart fyuçersləri 0,4 % ucuzlaşaraq 1 bareli 87,28 ABŞ dollarına satılıb. WTI neftinin mart fyuçerslərinin qiyməti isə 0,36 % düşüb və 1 bareli 81,35 ABŞ dolları təşkil edib.

Ucuzlaşmaya Asiyada Ay təqviminə görə Yeni il bayramının qeyd olunması fonunda ticarət həcminin azalması səbəb olub. Hazırda bayramla əlaqədar olaraq, Çin, Honq-Konq və Cənubi Koreyada birjalar bağlıdır. Çin isə neftin ən böyük istehlakçılarından və idxalçılarından biridir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki