image-qanunla-reklam
image-1713709143_baki_yeni

Neft strategiyası

image-lady-day-az

Neft strategiyası.

1993-cü il oktyabrın 3-də xalqın səs çoxluğu ilə Prezident seçilən Ulu Öndər Heydər Əliyevin oktyabrın 10-da andiçmə mərasimi keçirilmişdi. Zamanın indiki prizmasından-XXI əsrin ilk beşdə birindən həmin dövrə nəzər saldıqda aradan keçən müddətdə yeni, inkişaf etmiş, qüdrətli Azərbaycan tablosu gözümüz önündə canlanır.

Birinci prezidentlik müddətində Heydər Əliyev Azərbaycanda güclü və nizami ordunun formalaşmasına, Ermənistan-Azərbaycan cəbhəsində atəşkəs sazişinin imzalanmasına, suveren respublikamızın ilk Konstitusiyasının qəbul edilməsinə, yeni neft strategiyasının hazırlanmasına, özəlləşdirmə proqramının hazırlanması və həyata keçirilməsinə, iqtisadiyyatın bazar prinsipləri əsasında qurulmasına nail olması ilə yaxın tarixə öz imzasını atıb. Ulu Öndərin ilk andiçmə nitqi bu baxımdan hazırkı qüdrətli Azərbaycanın haradan hara gələrək indiki inkişaf dinamikasına nail olması istiqamətində bir mühüm yol xəritəsini, ideya manifestini xatırladır.

Ümummilli Liderin dahiliyi, uzaqgörənliyi və qətiyyəti sözügedən nitqində bir daha bütün detalları ilə diqqəti cəlb edir. Xalqın məhz öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşadığı bir vaxtda çiyinlərinə taleyüklü missiya götürən Ulu Öndər xalqın yekdil səsi ilə ona göstərilən etimadın, üzərinə qoyulan vəzifənin məsuliyyətini dərindən dərk etməklə yanaşı, ilk növbədə özünün də hər zaman qeyd etdiyi kimi, millətinin zəkasına, müdrikliyinə, qüdrətinə güvənir və arxalanırdı. Ulu Öndər Heydər Əliyev zaman-zaman xalqının ona bəslədiyi ümidləri doğrultmaq üçün əlindən gələni əsirgəməmiş, həyatının qalan hissəsini də bu işə həsr etmişdi.

Azərbaycanın müstəqilliyini tarixi bir hadisə kimi dəyərləndirən Ulu Öndər suverenliyi xalqımızın milli sərvəti və milli nailiyyəti kimi səciyyələndirirdi.

Respublikamızda ağır iqtisadi, sosial, siyasi-ictimai və mənəvi çöküşün pik həddə çatdığı 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə gələn Heydər Əliyev Azərbaycanın həmin dövrdəki dövlət rəhbərliyinin buraxdığı kobud səhvlər nəticəsində iyun ayında vətəndaş müharibəsi həddinə gəlib çatan ölkəni böyük fəlakətdən qurtardı. Ulu Öndər bütün bunların qarşısını aldı, bəzi cinayətkar qruplar aradan götürüldü və respublikanın daxilində ictimai-siyasi sabitliyin təmin edilməsi üçün şərait yaradıldı.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsini, ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin formalaşmasını da təmin etdi. Ulu Öndərin həyata keçirdiyi praqmatik xarici siyasət kursunun mühüm istiqamətlərindən birini enerji resurslarından səmərəli istifadə olunması və bu kontekstdə Azərbaycanın etibarlı strateji tərəfdaşa çevrilməsi təşkil edirdi. İlk növbədə, 1994-cü ilin sentyabr ayının 20-də dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış  və “Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmış, 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarılmışdır. Bununla da Azərbaycanın iqtisadi müstəqilliyinin və dünya iqtisadi sisteminə inteqrasiyasının möhkəm təməli qoyuldu. Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti sayəsində imzalanmış “Əsrin müqaviləsi”ndən başlanan enerji siyasəti Azərbaycanın regional və qlobal miqyasda enerji təhlükəsizliyinin təminatına müstəsna töhfələr bəxş etməsini şərtləndirməklə yanaşı, ölkəmizin gücünü və nüfuzunu artıran faktor kimi çıxış etdi. Bundan sonra milli maraqlarımıza müvafiq enerji layihələri gerçəkləşdirildi və bütün bunlar Azərbaycanın etibarlı strateji tərəfdaş kimi ikitərəfli və çoxtərəfli xarici əlaqələrinin səmərəlilik səviyyəsini artırdı. Ölkəmiz miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli strateji layihələrin əsas iştirakçısına çevrildi. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu uğurlu xarici siyasət sayəsində Azərbaycan qısa zaman kəsiyində regionun güclü və nüfuzlu aktoru oldu, qlobal miqyasda milli dövlətlərin etibarlı strateji tərəfdaşı kimi qəbul edildi.

Ulu Öndər Heydər Əliyevin  misilsiz xidmətləri nəticəsində dövlət müstəqilliyi qorunmuş, əbədi və daimi olmuş, eləcə də ölkənin gələcək inkişafının bütün strateji hədəfləri müəyyən edilərək Azərbaycanın sonrakı illərdə də davamlı yüksəlişi və qüdrətlənməsinin təməli qoyulmuşdur.

Zərdab Rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

 

 

Qurtuluşa gedən yolun başlanğıcı.

Ulu Öndər Heydər Əliyev müstəsna xidmətləri ilə Azərbaycan dövlətini əzəmətli bir reallığa qovuşdurmuş, qurub yaratdığı bu dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, Azərbaycanın müstəqilliyinin əbədiliyini, dönməzliyini təmin etmişdir.

1993-cü ilin 3 oktyabr tarixi Azərbaycanın tarixində, xalqımızın taleyində gələcəyimizi müəyyənləşdirən yolun başlanğıcı qoyuldu. Həmin gün xalqımız özünün gələcək taleyini inkişafını dəyərləndirərək bir seçimi etdi. Müasir müstəqil Azərbaycan Respublikasının tarixində son dərəcə əlamətdar gün olan 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Ulu Öndər Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildi. Ulu Öndər Heydər Əliyev xalqımızın etimadını qazanaraq 98.84 faiz səslə Azərbaycan Respublikasının Prezidenti seçildi. Həmin gün Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun başlanğıcı oldu.

Müstəqilliyin ilk illərində respublikamızda xaos, anarxiya yaranmış və daxili çəkişmələr özünün pik nöqtəsinə çatmışdı. Regionda strateji marağı olan güc mərkəzləri tərəfindən ölkəmizin parçalanması istiqamətində ciddi fəaliyyət həyata keçirilridi. Belə bir məqamda ölkə vətəndaş müharibəsi və parçalanmaq təhlükəsinin astanasında olarkən Azərbaycanın tanınmış ziyalıları, xalqını düşünən vətənpərvərləri 1993-cü ildə Azərbaycan dövlətini xilas etmək üçün Ümummilli Lider Heydər Əliyevə üz tutaraq, onu təkidlə siyasi hakimiyyətə dəvət edirdilər. Belə bir çətin dövrdə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqil, hər zaman inkişaf edən, güclənən, qüdrətli  Azərbaycan dövlətində inkişaf təməlini qoydu . Ümummilli Liderin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu. Ən əsası, Azərbaycanda uğurlu dövlət quruculuğu prosesinin əsası qoyuldu. Təkmil siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, eyni zamanda milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması bu kontekstdə xüsusi əhəmiyyətə malikdir. Zaman göstərdi ki, xalq öz seçimində yanılmadı. Azərbaycanın Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı.

Ulu Öndər andiçmə mərasimindəki nitqində deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.” belə də oldu.

Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan xalqı üçün müstəsna əhəmiyyəti olan mühüm tarixi sənədlər imzalandı, həmçinin ordumuz formalaşdı, ictimai-siyasi sabitlik yaradıldı, insanların sosial vəziyyətinin yaxşılaşmasına doğru  mühüm addımlar atıldı.

1993-cü il 3 oktyabr seçkilərinin bəhrəsini bu gün ölkəmizin ictimai-siyasi həyatında və sosial-iqtisadi inkişafında daha aydın görürük. Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla həyata keçirdiyi daxili və xarici siyasətin nəticəsi olaraq ölkəmiz dünyanın aparıcı dövlətlərinin sırasına yüksəldib. Azərbaycan xalqı məhz Ulu Öndər Heydər Əliyevin və onun siyasətini uğurla davam etdirən cənab Prezident İlham Əliyevin əvəzsiz fəaliyyəti sayəsində müasir beynəlxalq münasibətlər sistemində söz sahibinə çevrilib.

Milli dövlətçiliyi dağılmaq təhlükəsində qalan Azərbaycan xalqı yalnız Ulu Öndər Heydər Əliyev dühasına arxalanaraq öz dövlətini qorudu, qurdu və möhkəmləndirdi. Xalq öz böyük, sınanmış liderinin sayəsində milli qurtuluşa nail oldu.

Zərdab Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki