ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin dekabr müqaviləsinin dəyəri 0,41% azalaraq 1 barelə görə 80,75 dollar təşkil edib.
Qanunla.Az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin noyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,8% azalaraq 76,75 dollar təşkil edib.