ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin iyun müqaviləsinin dəyəri 1% azalaraq, 1 barelə görə 107,25 dollar təşkil edib.
“Qanunla.az” xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyununda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,03% azalaraq 102,72 dollar təşkil edib.