ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin avqust müqaviləsinin dəyəri 0,05% azalaraq 1 barelə görə, 113,06 dollar təşkil edib.
“Qanunla.az” xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin avqustunada ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,04% azalaraq 107,95 dollar təşkil edib.