ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin sentyabr müqaviləsinin dəyəri 0,07% azalaraq 1 barelə görə 99,42 dollar təşkil edib.
“Qanunla.az” xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin avqustunda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,18% azalaraq 95,67 dollar təşkil edib.