image-qanunla-reklam
image-254549205_405809511030852_6952923202917949542_n

Neftçala rayonunda “Zəfər Günü” qeyd olunub-FOTO

image-lady-day-az
2020-ci il sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan 44 Günlük Vətən müharibəsindəki qələbəmizin bir ilinin tamam olması ilə əlaqədar olaraq Neftçala Rayon İcra Hakimiyyəinin təşkilatçılığı ilə Neftçala rayonunda “Zəfər Günü” böyük coşqu ilə qeyd olunub.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, RİH-nin məsul şəxsləri, hüquq- mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların məsul şəxsləri, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, rayon ictimaiyyət və qonaqlar iştirak edib.
“Zəfər Günü” ilə əlaqədar olaraq təşkil olunan sərgiyə qonaqlar tərəfindən baxış keçirilib.
Azərbaycan Respublikasının dövlət himni səslənib və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə başlayan Azərbaycan Respublikasının əməkdar artisti Azad Şükürov 44 Günlük Vətən müharibəsindəki qələbəmizdən, ordumuzun gücündən və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətindən danışıb.
Milli Məclisin deputatı Sabir Rüstəmxanlı çıxış edərək sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan Azərbaycan ordusunun Vətən Müharibəsindəki qələbəsindən, Azərbaycan Xalqının əzmindən, müharibə ruhundan, əsgər və zabitlərin şücaətlərindən, döyüş yollarından danışıb.
Çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov bildirdi ki, bu gün ölkə Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi yolunu uğurla davam etdirməsinin, uzaqgörən və qətiyyətli siyasətinin nəticəsidir ki, 30 ilə yaxın işğalda olan torpaqlarımız xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində azad olundu. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz böyük qəhrəmanlıq göstərərək 44 günlük Vətən Müharibəsində mənfur düşmənimizi ağır məğlubiyyətə uğratmasından, ölkəmizin ərazi bütövlüyünü bərpa etməsindən, milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq – iqtidar birliyi, güclü ordu və ona rəhbərlik edən Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi, gərgin siyasi-diplomatik fəaliyyəti, eyni zamanda dünya azərbaycanlılarının həmrəyliyi nəticəsində “Dəmir Yumruq” altında birləşərək qazanıldığından danışan Rayon İcra Hakimiyyətinin başçısı şəhid ailələri, qazilərin hər zaman Prezident İlham Əliyev və Birinci vitse Prezident Mehriban xanım Əliyeva tərəfindən diqqət və qayğıda saxlanıldığını vurğulayıb, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin imzaladığı Sərəncamlarla vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları müxtəlif orden və medallarla təltif ediliblər. Neftçala rayonunda da şəhid ailələri, qazilərə diqqət və qayğı göstərilməsinin yüksək təşkil olunduğunuda qeyd edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı “Zəfər Günü” bayramı münasibətilə bütün neftçalalıları və qonaqları təbrik edib.
“Zəfər Günü” bayramı Xalq artisti Samir Cəfərov, Heydər Anatollu, Əməkdar artist Cahangir Qurbanov, Zakir Əliyev, Səidə Şərifəliyeva, gənc müğənni Çinarə Məlikzadə, bağlama ustası Əlişahin, qiraət ustası Xəzər Süleymanlı, hərbi-vətənpərvərlik marşları və mahnılarının ifaçısı Şəmistan Əlizamanlı və digər sənətkarların musiqili konsert proqramı ilə davam etdirilib.
image-253079664_405808597697610_6322823910582207750_n image-253932705_405810014364135_587392592333777262_n image-253968506_405811431030660_7701542926050001736_n image-254004885_405806567697813_4245221966251268202_n image-254041278_405810697697400_3312072915920043917_n image-254084822_405815814363555_4395411720396053243_n image-254129723_405813161030487_7071376112007151095_n image-254150579_405814941030309_8525188022124583927_n image-254293127_405827371029066_2510224453444575418_n image-254348302_405814181030385_6443493878052274367_n image-254539555_405809164364220_1404519613193562377_n image-254636479_405809937697476_5386848931671379394_n image-254659443_405820654363071_1337339180903903971_n image-255110370_405810727697397_645412719543699100_n image-255152780_405810981030705_4478357505232177795_n image-255445060_405812711030532_2401299365522454176_n
Səmil Şahlaroğlu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki