Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Sərdar Mirzəyevdən bir ədəd müvafiq sənədləri olmayan TOZ-53 markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Qanunla.Az-a verilən məlumata görə, faktla bağlı Neftçala RPŞ-də araşdırmalar aparılır.