image-qanunla-reklam
image-bb4b27d9-df93-4460-b4a3-3e61e4a6d73b

Neftçalada yol polisi əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir -FOTO

image-lady-day-az

Neftçalada ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən sərnişin və sürücülərin aşkar edilməsi məqsədilə yol polisi əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Qanunla.az a-verilən məlumata görə, Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən keçirilən belə tədbirlər zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə izahedici söhbətlər aparılıb, onlara tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni tibbi maskalardan istifadə etməyin zəruriliyi barədə məlumatlar verilib.

Sürücülərlə də profilaktiki söhbətlər aparan yol patrul xidmətinin inspektorları onlara qaydalara ciddi riayət etmələrini tapşırıblar.Həmçinin, profilaktik tədbirlər zamanı taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də avtomobilin ön oturacağında əyləşən və tibbi maskadan istifadə etməyən sərnişinlər də müəyyən edilib.Bundan əlavə şöbə əməkdaşları tərəfindən rayon ərazisində yerləşən iri ticarət mərkəzlərində və digər qapalı məkanlarda da nəzarət-profilaktiki tədbirlər keçirilib, tibbi maskadan istifadənin zəruriliyi barədə geniş məlumatlar verilib.Qaydaları pozan vətəndaşlar barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

 

image-0d4ceaa5-cb42-47e1-9ecf-b3bae27be6aa image-3fdfa507-c75b-437c-a01a-474f535b6611 image-4c069bb6-6beb-4b13-ac53-3ea61d433269 image-55e1649c-b72b-4801-9dc9-a379c4ac8f4e image-be07aa10-49ec-4e02-8b5f-873a06f99c1a image-ee692df4-5413-4aec-a0c5-2d9e0abc655c

Səmil Şahlaroğlu


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki