ABŞ neftin qiymətində kəskin eniş gözləməsə də, qiymətlərin sabitləşəcəyinə və ucuzlaşacağına ümid edir.
Qanunla.Az xəbər verir ki, bunu ölkənin energetika naziri Cennifer Qrenholm deyib.
“Ümid edirik ki, qiymətlər sabitləşəcək və enməyə başlayacaq. Biz (cari qiymətlərlə – red.) hər hansı dramatik fərqin olacağını demirik. Biz həm ölkə daxilində, həm də qlobal miqyasda tədarükün artmasını görmək istəyirik ki, pərakəndə qiymət təzyiqini azalda bilək”, – Qrenholm qeyd edib.