image-qanunla-reklam
image-epyljmswkai3jh8

Netanyahu Trampın təhqirlərinə cavab verdi

image-lady-day-az

 

İsrailin keçmiş baş naziri, “Likud” partiyasının lideri Benyamin Netanyahu ABŞ-ın eks-prezidenti Donald Trampın onun ünvanına səsləndirdiyi təhqiramiz sözlərinə reaksiya verib.

Tramp İsrailin keçmiş hökumət başçısını nalayiq söyüşlə söyərək, Co Baydeni ABŞ lideri seçilməsi münasibətilə təbrik edəndən bəri onunla əlaqə saxlamadığını deyib.

“Mən əməkdaşlıq etdiyim bütün insanlarla müqayisədə, məhz onun üçün daha çox şey etmişəm. Halbuki, o, Baydeni təbrik etməyə bilərdi. O vaxtdan bəri onunla danışmamışam”, – deyə Tramp bildirib və ardınca da Netanyahunu söyüb.

“Keçmiş hökumət başçısı Benyamin Netanyahu eks-prezident Donald Trampın İsrail dövlətinin rifahı və onun təhlükəsizliyi naminə fəaliyyətini yüksək qiymətləndirir. Lakin Netanyahu İsrail və ABŞ arasında müttəfiqliyin əhəmiyyətini də anlayır. Bu səbəbdən də onun ABŞ prezidenti Co Baydeni vəzifəyə seçilməsi münasibətilə təbrik etməsi vacib idi”, – deyə “Likud” partiyasının mətbuat xidmətindən cavab olaraq bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki