İsrail Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın həbsinə dair Beynəlxalq Cinayət Məhkəməsi (BCM) tərəfindən verilən qərarın Yaxın Şərq nizamlanmasına hər hansı müsbət töhfə vermək ehtimalı çox azdır.
Qanunla/az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Rusiya üçün bu cür qərarların heç bir hüquqi qüvvəsi yoxdur. Biz bunu hər hansı şəkildə şərh etməyə ehtiyac görmürük, çünki bu qərarlar bizim üçün heç bir hüquqi dəyərə malik deyil”, – Peskov bildirib.
Qeyd edək ki, BCM ötən gün İsrail Baş naziri Benyamin Netanyahu və sabiq müdafiə naziri Yoav Qallantın barəsində həbs qərarı çıxarıb. Bundan əvvəl isə Vladimir Putin haqda analoji qərar verilib.