Lənkəranda məscidlərin nəzir qutuları qarət edilib.
Bu barədə “Qanunla.az”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, rayonun Tütəpeştə kənd məscidinin içərisindəki nəzir qutusunun sındırılaraq içərisindəki 120 manat pulun oğurlanması ilə bağlı polisə müraciət daxil olub.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs “isti izlərlə” müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş, hazırda üzərində elektron nəzarət vasitəsi sayılan elektron qolbaq olan Zülfi Nəzərli olduğu müəyyən edilib. Ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə həmin şəxsin Seydəkəran kənd məscidinin qaşısındakı nəzir qutusunu da sındıraraq içərisindəki pulu oğurladığı müəyyən edilib.
Şöbənin Liman Polis Bölməsinin əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri ilə Liman şəhər 2 saylı tam orta məktəbin anbarından ümumi dəyəri 400 manat olan 2 ədəd soba və dəmir barmaqlıları, Nərimanabad qəsəbəsindəki yaşayış evlərindən birinin həyətindən 1 ədəd su nasosu oğurlamaqda şübhəli bilinən Liman şəhər sakini Rəşad Salayev müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə heroin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.