image-qanunla-reklam
image-img_20211117_080000

Niderland final mərhələsində, Türkiyə isə pley-offda

image-lady-day-az

Bu gün DÇ-2022-nin seçmə mərhələsinə yekun vurulub.

Qanunla.Az xəbər verir ki, 10-cu turda son oyun günündə D, E, və G qruplarında ümumilikdə 7 görüş keçiriləcək. Bununla da Avropadan final mərhələsinə və pley-offa vəsiqə qazanan son komandalar bəlli olub.

D qrupunda 2-ci yer uğrunda mübarizə aparan Finlandiya millisi Fransanı qəbul edib. Görüş qonaqların 2-0 qələbəsi ilə başa çatıb. Qrupun digər oyununda Ukrayna seçməsi Bosniya və Herseqovinanın qonağı olub və görüş Ukraynanın 2-0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla Fransa DÇ-2022-yə birbaşa vəsiqə qazanıb, Ukrayna isə 2-ci pilləni tutmaqla pley-off görüşləri keçirəcək.

E qrupunda final mərhələsinə birbaşa yollanacağı dəqiqləşən Belçika səfərdə Uelslə qarşılaşıb. Görüş 1-1 hesabı ilə yekunlaşıb. Çexiya yığması isə evdə Estoniyanı 2-0 hesabı ilə məğlub edib. Uels və Çexiya kollektivləri qrupda 2-ci yer uğrunda mübarizə aparsalar da, UEFA Millətlər Liqasından pley-offa vəsiqəni təmin ediblər.

G qrupunda olacaq 20 xalla qrupa başçılıq edən Niderland millisi evdə Norveçi sınağa çəkib və meydan sahibləri 2-0 hesabı ilə qalib gələrək dünya çempionatına vəsiqəni əldə edib. Digər matçda isə Türkiyə seçməsi səfərdə Monteneqro ilə məğlub etməklə, qrupda 2-ci yerə sahib çıxıb. Türkiyə millisi DÇ-2022-yə vəsiqə üçün pley-off görüşlərinə çıxacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki