image-qanunla-reklam
image-e4e77828-f988-3b24-a39e-8a09cf06e595_850

Nigeriya çoxmərtəbəli binanın uçması nəticəsində ölənlərin sayı 22-yə çatıb

image-lady-day-az

Nigeriyanın ən böyük şəhəri Laqosda tikilməkdə olan 21 mərtəbəli binanın uçması nəticəsində ölənlərin sayı 22-yə çatıb.

Bu barədə Cənubi Afrikanın “eNCA” telekanalı məlumat yayıb.

Məlumata görə, gün ərzində daha iki meyit çıxarılıb. Lakin dağılmış tikililərin altında hələ də insanlar ola bilər. Axtarış-xilasetmə işləri davam edir.

Laqos qubernatoru Babajide Sanvo-Olu regional tikinti tənzimləmə agentliyinin rəhbərini vəzifəsindən uzaqlaşdırıb və araşdırma aparılmasına göstəriş verib.

Noyabrın 2-də Laqosda leysan yağışlar nəticəsində yaranan sürüşmə nəticəsində daha iki bina uçub. Xəsarət alan yoxdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki