image-qanunla-reklam
image-515532da-7a8e-3b65-9288-e6ce02343cde_850-1

Nigeriyada silahlıların hücumu zamanı onlarla insan öldürülüb, yaralılar var

image-lady-day-az

Naməlum silahlı quldurlar Nigeriyanın Sokoto əyalətindəki bazara hücum edib.

Qəzetin məlumatına görə, hücum edənlərin sayı təxminən 200 nəfər olub. Onlar motosikletlərlə bazara girərək satıcıları qorxutmaq üçün atəş açıblar.

“Silahlı şəxslər Sokoto əyalətində həftəlik Mailal bazarına hücum ediblər. Onlar atəş açaraq, azı 20 nəfəri öldürüblər, habelə çoxlu sayda insan yaralanıb”, – qəzet qeyd edib.

Şahidlərin sözlərinə görə, quldurlar ərzaqları aparıblar, ərazidəki evlər yandırılıb.

“France Presse” agentliyi hadisə zamanı 19 nəfərin öldüyünü bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki